Hacı Rasimin imaməti ilə Cümə namazı qılınıb
Mьəllif: admin1
Tarix: 20-11-2015, 18:04
Hacı Rasimin imaməti ilə Cümə namazı qılınıb
Bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri ilahiyyatçı Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılınıb.
Cümə namazından öncə cənab Hacı Rasim mənəvi və ictimai olmaq üzrə iki xütbə söyləyib.

Birinci xütbəsində özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət etdikdən sonra imam-cümə əcəl haqqında danışıb.

İlahiyyatçı alim bildirib: "Allah təala Qurani-Kərimdə iki növ əcəlin olduğunu buyurub: müsəmma (adı olan əcəl) və müəlləq (şərti, yaxud asılı). Müsəmma əcəl adından da məlum olduğu kimi heç zaman dəyişməzdir. Yəni, hər kəsin və hər şeyin əvvəl-axırı bəlli və qətidir. Bu haqda Qurani-Kərimin bir neçə ayəsini dəlil gətirmək olar. O cümlədən Nəml surəsi 61-ci ayə, Ali-İmran surəsi 145-ci ayə, Ənam surəsi 2-ci ayə."

İkini növ əcəldən də danışan imam-cümə bu əclin şərti, əməllərin təsiri ilə dəyişən olduğunu, bu haqda Fatir surəsinin 11-ci ayəsində və çox sayda hədislərdə buyrulduğunu bildirərək deyib: "İnsanın yerinə yetirdikləri xeyir əməllər və işlədikləri günahlar onların ömürlərinin miqdarında çox təsirlidir".

İlahiyyatçı alim Rəsuli-Əkrəm (s) və Əhli-Beyt (ə)-ın hədislərinə əsasən insanın ömrünün uzanmasına səbəb olan əməllərdən bir neçəsini cümə əhlinin diqqətinə çatdırıb, o əməllər bunlardan ibarətdir, həmişə dəstəmazlı olmaq, sileyi-rəhm, səhər yeməyini erkən yemək, borcunu azaltmaq, İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etmək, xoşniyyət olmaq, ailəsi ilə yaxşı olsa, valideynlərini sevindirsə və s.

İmam-cümə valideyn qatili olmaq, sileyi-rəhmi qət etmək və zina etməyin ömrün qısa olmasına səbəb olduğunu deyib.

Bundan sonra imam-cümə başqa bir mövzu, günahın insana təsiri haqqında danışıb. Hacı Rasim deyib: "Ümumiyyətlə günahın insan üzərində iki böyük təsiri var. Ola bilər insan bunu üzərində hiss etsin ola bilər hiss etməsin. Çünki günahın insana iki növ təsiri var: əsəri vəzi (cizmi, fiziki) və uxrəvi təsiri. Bu iki növ təsirin fərqi ondadır ki, birinin axirət əzabı var. digərinin isə təsiri insanın cisminə və dünyasınadır."

İmam-cümə Hacı Rasim ikinci xütbəsindədə özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət etdikdən sonra Cümənin əhəmiyətindən danışaraq bu günün İslamda xüsusi önəm daşıdığını və daha çox diqqət olunmasını təkid edib.



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930