Gürcüstan Əhli-Beyt Cəmiyyətində "Dünyada Aşura" adlı konfrans keçirilib (Foto)
Müəllif: admin1
Tarix: 10-11-2015, 21:35
Gürcüstan Əhli-Beyt Cəmiyyətində "Dünyada Aşura" adlı konfrans keçirilib (Foto)
Bu gün Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti və həmin Cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyi ilə Azərbaycanda fəaliyyət göstərən DEVAMM, Gənc Əhli-Beyt (ə) sevərlər və Dəyərlər oxucular kulubunun birgə təşəbbüsü ilə həmin cəmiyyətin Hüseyniyyəsində "Dünyada Aşura" adlı konfrans keçirilib.
Fuad isa Quran tilavət etdikdən sonra rəsmi açılış üçün söz Əhli-Beyt (ə) Cəmiyyətinin sədri ilahiyyatçı Hacı Rasim Məmmədova verilib. Hacı Rasim qonaqları salamlayıb və xoşgəldin deyəndən sonra Gürcüstanda əzadarlığın tarixi haqqında müfəssəl danışıb.
İlahiyyatçı bildirib ki, Gürcüstanda keçirilən əzadarlıq dünyada saxlanılan əza məclislərinin ən qədimlərindəndir.
Sonra söz DEVAMM-ın sədri, Deyerler.org-un baş redaktoru hüquq müdafiyəçisi ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluna verilib.
Hacı İlqar bildirib ki, "bu cür konfransları keçirməkdə məqsəd Aşura məktəbini ictimai rəyə çatdırmaqdır. Aşura məktəbini dünyaya bəyan etmək mühüm məsələdir və bu məktəbin yaşamasında rolu böyükdür.
Bundan sonra Hacı Nuranın dünyada Aşura haqqında hazırladığı görüntüləri təqdim edib. Hacı Nuran öz təqdimatını 3 qismətə bölərək əvvəlcə qeyri-müsəlman ölkələrində Aşuranı çatdıran təşkilatlardan danışaraq onlardan bir neçəsinin fəaliyyətləri haqqında məlumat verib.
İkinci olaraq, qeyri-müsəlman ölkələrində keçirilən Aşura mərasimləri haqqında iştirakçıları məlumatlandırıb.
Üçüncü olaraqsa Aşuraya törədilən maneələrdən danışıb.
Daha sonra Asif Əzizov İslamofobiya haqqında danışıb. Bildirib ki, son bir neçə onilliklərdir islamofobiya mövcüddur, amma 11 sentyabrdan sonra daha da şiddətlənib. Əzizov, NATO-nun Əfqanistan və İraq hücumu, Fransada hicab qadağası, Danimarkada karikatura, İsveçrədə minarə qardağası, Fransada niqab qadağası, "Fitnə" filmi və "Çarli Hebdo"ya "dəstək" üçün milyonluq yürüşü islamofobiyanın bariz nümunələri olaraq iştirakçıların diqqətinə çatdırıb.
Hacı İlqarın etdiyi dualardan sona oxunan "Fərəc" duası ilə konfrans başa çatıb.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930