Gürcüstan imam Əli (ə) məscidində növbəti cümə namazı qılındı
![]() İmam Əli (ə) məscidində Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imaməti ilə cümə namazı qılındı. Hacı birinci xütbəsində həzrəti Yunisin (ə) başına gələn hadisədən və Yunis (ə) balığın qarnında Allahla necə razu-niyaz etməsindən danışaraq “Ənbiya” surəsinin 87-88-ci ayələrini misal gətirdi: “Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: “(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.” İmam cümə bildirdi ki, “Doğrudur bu hadisə keçmiş zamanda baş verdi, lakin İlahi sünnət əbədi və dəyişməzdir. Zamanımızda da hər kəs həzrəti Yunis (ə) kimi üçşaxəli (Tövhidə iqrar, Allahı paklıqla yad etmək və öz günahlarını Allah qarşısında etiraf edərək dilə gətirmək) dua edərsə, Mütəal Allah mütləq ona nəcat verər.” Hacı Rasim ikinci xütbəsində həqiqi dindarlıqdan danışdı. "Bir çoxları iyirmi birinci əsri din və mənəviyyat əsri adlandırıblar. Həqiqətən də bu proqnozlar özünü doğrultdu. Biz görürük ki, dindarların sayı artmaqdadır, bunu müsbət bir hal kimi dəyərləndirmək olar, lakin bu hal kütləviləşdikcə bu prosesin fəsadları da üzərə çıxır. Belə ki, dindən sui-istifadə etmək fikrində olan imperialstlər bilirlər ki, insanları dindən döndərmək mümkün deyil, ona görə də onların dini təfəkkürünə təsir edərək xaraktersiz dindarlıq, dinlərdə yeni cərəyanlar yaradıb təfriqə toxumları əkdilər" "Sonra imam cümə əlavə etdi ki, Onlar xalqın həqiqi dindən və dini həqiqətlərdən uzaq düşməsini özləri üçün əlverişli sayırlar. Çünki vahid bir ümmətin yaranması imperializmin sonu deməkdir. Dediklərimizə şahid isə dünyada edilən terrorları, qətliamları və günahsız insanların məhv edilməsini göstərmək olar". İmam cümə vurğuladı ki, lakin belə də deyil ki, həmişə problemlərin qaynağını xaricdə axtarmaq lazımdır. Daha təhlükəlisi yuxarıda qeyd etdiyimiz xaraktersiz dindarlığın formalaşmasıdır. Bəzən bir dindarın səhv və əxlaqdan kənar əməllərinin zərəri din düşmənlərinin dinə vura biləcək ziyanından daha artıqdır. ![]() ![]() ![]() Ahlibeyt.ge Oxşar xəbərlər
|
|