İmam Əli (ə) məscidində növbəti Cümə namazı
Mьəllif: admin1
Tarix: 25-04-2015, 15:26
İmam Əli (ə) məscidində növbəti Cümə namazı

Ötən gün Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində Əhli-Beyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imamlığı ilə cümə namazı qılındı.
Hacı ilk xütbəsində Rəcəb ayının dəyəri və fəzilətləri haqqında danışdı. Bütün fəzilətləri sadaladıqdan sonra bu ayda məsumlardan bəzilərinin təvəllüdləri və şəhadətlərinin olduğunu vurğuladı.
Hacı Rasim ilk xütbəsini "bir şəxs Rəcəb ayını kamil şəkildə yaşaması üçün gərək günah və vacibatlar qarşısına çıxan zaman Allahı zikr eləsin" deyərək sonlandırdı.
Hacı Rasim ikinci xütbəsində təqvalılar haqqında söhbət açdı. Və bunları İslamı ayaqda daşıyan bir şəxs kimi tanıtdı.
Hacı buyurdu: "Peyğəmbərlərin və saleh insanların ən önəmli sifətlərindən birisi əmr be məruf və nəhy əz munkardır (yaxşılıqa dəvət və pislikdən uzaqlaştırmaq)".
Hacı xütbəsinin dəvamında peyğəmbərin "mömin möminin güzgüsüdür" hədisini nəql elədi və bu hədisdə deyilən güzgü kəliməsinin xüsusiyyətlərini sadaladı.
Son olaraq düzgün təbliğata dair İmam Həsən (ə) və İmam Huseynin (ə) uşaqlıq dövründən bir hədis danışdı.
İmam Əli (ə) məscidində növbəti Cümə namazı
İmam Əli (ə) məscidində növbəti Cümə namazı


mgeo.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930