Marneulidə Əyyami-Fatimə məclisi keçirilib
Mьəllif: admin1
Tarix: 11-03-2015, 20:52
Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Bu gün Əhli-Beyt (ə) Cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqlər Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Əhli-Beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində Əyyami-Fatimə münasibəti ilə matəm mərasimi keçirilib.

Mərasim Axund İntizarın oxuduğu Quran tilavəti ilə açılıb. Mərasimin aparıcısı Elçin Daşdanzadə məclis əhlini salamlayaraq sözü Türkiyədən dəvət olunmuş dəyərli Əhli-Beyt (ə) alimi Hacı Məhdi Aksu cənablarına verib.

Məhdi Aksu sözünə İmami-Zamana (ə) və mərasim iştirakçılarına təsliyyət ərz edərək başlayıb.

Sonra Hz Fatimə (s.ə)-nın Qurandakı vəsflərindən danışaraq bildirib ki, "Quranda başdan sona qədər hər hansı bir peyğəmbərin haqqında surə yoxdur. Amma Hz Fatimə (s.ə) haqqında iki surə "Kəusər" və "Qədr" surələri nazil olub".

Hz Fatimə (s.ə) və siyasət, Hz Fatimə (s.ə) və övlad tərbiyəsi və s. mövzuların hər birinin geniş bəhslər olduğunu bildirən cənab Aksu bu mövzuları bir çıxışla izah etməyin qeyri mümkün olduğunu bildirib.

"Təthir" ayəsindən danışan cənab Aksu bildirib ki, bu ayə 33-cü surənin 33-cü ayəsidir ki, dörd dənə 3 12 edir ki, bu da 12 imama işarədir.

Hz Fatimə (s.ə)-nın məzlumiyyətindən danışan cənab Aksu bildirb ki, Peyğəmbərdən sonra Onun Ümməti Hz Zəhraya zülümlər və böyük hörmətsizliklər etdilər.

Hz Fatimə (s.ə)-nın mübarək ömrünün son günlərindən danışan cənab Aksu, O Həzrətin tək-tənha, köməksiz və məzlumcasına şəhid edilməsini vurğulayıb.

Hz Zəhra (s.ə)-nın mübarək məzarının gizli olmasının ilahi hikmət olduğunu vurğulayan cənab Aksu, öz çıxışını Ümmət və məclisə cəm olanlara etdiyi dualarla yekunlaşdırıb.

Matəm mərasimi Elçin Daşdanzadənin oxuduğu "Fərəc" duası ilə yekunlaşıb.
Məclisin sonunda iştirakçılara çay süfrəsi açılıb.

Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Marneulidə Əyyami-Fatimə məclisi keçirilib


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930