Ətraf rayonlarda Əyyami-Fatimə (s.ə) münasibəti ilə matəm mərasimləri keçirilir
Müəllif: admin1
Tarix: 10-03-2015, 21:26
Ətraf rayonlarda Əyyami-Fatimə (s.ə)  münasibəti ilə matəm mərasimləri keçirilir

Bu gün Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti, həmin Cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) aşiqləri" forumu və "Zeynəb (s.ə) " qadınlar birliyinin birgə əməkdaşlığı ilə
Marneuli Şəhəri Algeti Vinsovxoz kəndində xanım Fatimənin (s.ə) şəhadət günləri munasibəti ilə əza məclisi təşkil etdi.
Quran tilavəti ilə açıq elan olunan məclis xanım Fatimənin (s.ə) həyatı, qadınlara ülgü və nümunə olması barədə çıxışlarla davam etdi.
Sonra xanım Fatimənin (s.ə) şəhadəti və vəsiyyəti haqqında söhbət olundu.
Şeir və mərsiyələrlə davam edən məclis "Fərəc" duasının oxunması ilə yekunlaşdı.
Məclisin sonunda ehsan süfrəsi açıldı.
Ətraf rayonlarda Əyyami-Fatimə (s.ə)  münasibəti ilə matəm mərasimləri keçirilir

ahlibeyt.ge
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31