Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Mьəllif: admin1
Tarix: 4-03-2015, 19:07
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu

Bu gün Əhli-Beyt (ə) Cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Hz Fatimə (s.ə)-nın şəhadətinin ildönümü günü münasibəti ilə matəm mərasimi keçirilib.

Mərasimi açan Ramil Qəhrəmanzadə məclis əhlini salamlayaraq və təsliyyət ərz edərək sözü ilahiyyatçı Hacı Rahid Kərimova verib.

Hacı Rahid Hz Fatimə (s.ə)-nin uca məqamından, İslamdakı yerindən və fəzilətlərindən bəhs edib. Həmçinin Hacı Rahid Furuiddinin iki vacibatı olan Təvəlla və Təbərra haqqında danışaraq Əhli-Beyt (ə) sevməyin və onların düşmənlərinə düşmən olmanın dini vacibat olduğunu vurğulayıb.

Sonra Əhli-Beyt (ə) məddahı Rza Cəfəri Hz Fatimə (s.ə) haqqında rozə və mərsiyələr oxuyub.

Daha sonra İmam Əli (ə) Məscidinin axundu Hacı Hacıyev Ümmətin və vətənin salamatçılığı üçün dualar edib.

Matəm mərasimi oxunan "Fərəc" duası və verilən ehsan süfrəsi ilə yekunlaşıb.

Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu

Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu
Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu

Bu gün Marneulidə Hz. Fatimənin (s.ə) şəhadətinin ildönümü yad olundu


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031