Bu gün Cümə namazı qılınıb
Mьəllif: admin1
Tarix: 20-02-2015, 22:09
Bu gün Cümə namazı qılınıb


Bu gün Marneuli İmam Əli (ə) məscidində imam-cümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılınıb. Əhli-Beyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov namazda öncə dini və ictimai olmaq üzrə iki cümə xütbəsi danışıb.

Özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən Hacı Rasim birinci xütbəsində ölümdən və ölümü yada salmağın əhəmiyyətindən danışıb. İmam-cümə vurğulayıb ki, ölümü yada salmaq dünyanı axirətdən kiçik görməyə və dini əməllərin miqdar və keyfiyyətinin artmasına, daha düzgün yaşamağa səbəb olar.

Cənab Hacı Rasim bildirib ki, insanın ölümdən qorxmasının 3 səbəbi var: 1. Ölümü düzgün başa düşməmək, 2. Günahların çoxluğu və böyüklüyü, 3. Dünyaya bağlılıq.

İkinci xütbəsində, Hacı Rasim Zühurun necəliyindən, Məhdəviyyatı tanımağın və tanıtmağın əhəmiyyət və fəzilətindən bəhs edərək, Zühurun 5 qəti əlamətindən danışıb.

Əziz oxucuların nəzərinə çatdırırıq ki, geniş reportaj daha sonra veriləcək.

Bu gün Cümə namazı qılınıb


Bu gün Cümə namazı qılınıb


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031