Türkiyə və Suriyada baş vermiş faciə ilə əlaqədar başsağlığı...
Mьəllif: Admin
Tarix: 6-02-2023, 11:41
Türkiyə və Suriyada baş vermiş faciə ilə əlaqədar başsağlığı...
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

İlk yeraltı təkanlar saat 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.

Hazırda ölən və yaralıların dəqiq sayı bilinməsə də, Malatyada 23 nəfərin, Şanlıurfada 15, Adanada 12, Osmaniyədə 5 nəfərin öldüyü, çox sayda insanın isə dağıntılar altında qaldığı bildirilir.

Qeyd edək ki, gecə 7.4 bal gücündə zəlzələnin ardınca təkrar təkanlar da qeydə alınıb.

Həmçinin Suriyanın şimalında da baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.


Bu ağır faciə əlaqədar hər iki dövlətə və xalqlara "Gürcüstan Əhli-beyt (ə) Dini, Mədəni-Maarif Cəmiyyəti" olaraq dərin hüzünlə başsağlığı veririk. Həlak olanlara Allahdan rəhmət, yaralılara acil şəfa diləyir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930