HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)
Mьəllif: Admin
Tarix: 14-01-2023, 23:11
HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)
Bu gün Marneulidə yerləşən Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin tədbir salonunda Peyğəmərimizin (s) əziz qızı hər iki dünya xanımı Həzrət Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə mərasim təşkil olunub.

Ahlibeyt.ge xəbər verir ki, Marneulinin rayon və kəndlərindən müsəlman xanımlar iştirakı ilə keçirilən tədbiri Gürcüstan Müsəlman Qadınlar İcmasınız üzvü (GMQİ) Sevinc Namazova təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Hafizə Hüseynovaya verib.

Sonra GMQİ-nin digər üzvləri olan Şahnaz Həsənova, Ayşən Nəbiyeva və Fatimə Süleymanova xanımlar xanımı Hz. Fatimeyi Zəhranın (s.ə) həyatı, fəzilət və məqamı, ailə və qadınlara örnək olacaq həyat tərzi haqda ətraflı danışıblar. Xanımın bir çox ibrətdolu kəlamlarını xatırladıblar.

Mənəvi bayram əhval ruhiyyəsi ilə keçirilən tədbirdə Gürcüstanlı məddah Səid Həsən xanımın haqqında ilahilər ifa edib.

Nəhayət mərasim dua oxumaqla sona çatdı.

Gürcüstan Müsəlmanları İdarəsi Xanım Zəhranın (s.ə) əziz xatirəsini yad etmək məqsədilə məscidlərdə keçirilən mərasimlərə zəhməti keçən hər kəsə minnətdarlığını bildirir, mehriban Allahdan mükafat diləyir.


HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)
HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)
HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)
HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930