Gürcüstan Əhli-beyt (ə) cəmiyyətindən Taleh Bağırzadəyə dəstək...
Müəllif: Admin
Tarix: 21-06-2022, 21:22
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətindən Taleh Bağırzadəyə dəstək...
Hər kəs iyunun 3-də Müsəlman Birliyi Hərəkatı sədri Tale Bağırzadənin polis idarələrində işgəncə zamanı Allahın təhqir olunmasına etiraz edərək aclıq aksiyasına başlamasından xəbərdardır.

İnancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə onun başladığı bu aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər də qoşulub.

Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır.

Hazırda canı bahasına mücadilə aparan mübariz insanların həyati əhəmiyyətli durumları hər kəsi üzəcək acı xəbərin astanasındadır.

Hər kəs haqq mücadiləsi aparan bu şəxslərin öz hədəflərində dönməz və mətin olduğunu artıq illərdir ki, ictimai hadisələrdən bilir.

Allah, inanc mövzusu bu insanlar üçün bütün məsələlərin fövqündə durduğu üçün rəşadətli kişilərin son nəfəslərinə qədər bu işdə dirəniş göstərəcəkləri şübhəsizdir.

Elə buna görə də mövcud hadisənin tez bir zamanda öz həllini tapmasını istəyirik.

"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi"

Ahlibeyt,ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930