Həzrət Zəhranın (s.ə) məqamı Quranda bəyan edilib — Hacı Əziz Nəbiyev
Müəllif: Admin
Tarix: 8-01-2022, 10:54
Həzrət Zəhranın (s.ə) məqamı Quranda bəyan edilib — Hacı Əziz Nəbiyev

“Həzrət Zəhranın (s.ə) məqam və şəxsiyyətini bir qədər tanımaq istəsək, gərək Qurani-Kərimin “Təthir”, “Mübahilə”, “İnsan” surələrində yetim, əsir və miskinə etdiyi fədakarliğa nəzər salaq.

Həmçinin Peyğəmbər və məsum imamların Həzrət Zəhra haqqında kəlamlarına baxdıqda, o Xanımın şəxsiyyətinin uca və ülvi məqamda olduğunu dərk edə bilərik.

Hər bir İnsan övladının tərbiyyəsi əvvəl qadından, yəni anadan başlayır.

Ümumiyyətlə dünya qadinlarını tarix boyunca üç qrupa bölmək olar:

1-Tarixdə övlad tərbiyyə etməkdə rolu olmayan qadınlar.

2-İğvaçı qadınlar (öz bər bəzəkləri, zinətləri ilə) aldadıcı qadınlar.

3-Nümunəvi qadınlar – bunlar insan tərbiyyə edən, mədəniyyət formalaşdiran ,cəmiyyətə igid və fədakar övladlar yetişdirən, başqalarina gözəl nümunə olan qadinlardir.

Təbii ki,dünyanin bər bəzəyinə uyan qadınlar başqalarına gözəl nümunə ola bilməz.

Həzrət Zəhranın (s.ə) şəxsiyyəti və yaşam tərzinin bütün yönlərində, insanlar üçün ən gözəl nümunədir.

Həzrət Zəhran (s.ə) atası üçün gözəl övlad, həyat yoldaşı üçün layiqli həyat yoldaşı, övlad tərbiyyə etməkdə gözəl bir anadır.

Həzrət Zəhra (s.ə) Allaha bəndəçilik etməkdə gözəl bəndə,cəmiyyətə ürək yandırmaqda fədakar bir xanim idi.

O xanım elə bir övladlar yetişdirib ki, nəinki bir ailənin fəxridir, əslində tarix boyunca onlar, bəşəriyyətin fəxri və nümunələridirlər.

Xanim Zəhra (s.ə) : “Mənim üçün dünyada üç şey çox sevimlidir:

1-Qurani-Kərimi tilavət etmək.

2-Allah Rəsulunun üzünə baxmaq.

3-Allah yolunda ehtiyaclılara və fəqir kimsələrə infaq etmək.

Həzrət Zəhra (s.ə) baxmıyaraq imkani var idi, Fədək bağı (böyük sahədə xurma bağı) malik idi, amma özü üçün sadə yaşam tərzini seçmişdi, xurma bağından olan gəliri Allah yolunda imkansızlara ehsan edirdi.

Bizlər də əgər istəsək dünya və axirətdə xoşbəxt olaq, gərək Həzrət Zəhranın (s.ə) yolunu gedək və onu özümüz və ailəmiz üçün ölçü və örnək götürək həyatımızın bütün yönlərində.

Allah bizləri onun yolunu öyrənməyi,onu sevməyi və yolunu getməyə müvəffəq etsin.”

İmamcümə İmam Hüseyn (ə) məscidinin axundu, ilahiyyatçı alim Hacı Əziz Nəbiyev

Az.shafaqna.com
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31