"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
Mьəllif: Admin
Tarix: 24-10-2021, 22:22
"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
Marneuli şəhərində Əhli-beyt (ə) Cəmiyyətinin hüseyniyyəsində İslam Peyğəmbərinin (s) doğum günü və Vəhdət həftəsi çərçivəsində elmi dini seminar keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, tədbirdə din xadimləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak ediblər.

Seminar ilk öncə Quran qarisi Rza Cəfərinin müqəddəs ayələrin tilavət etməsi ilə başlayıb.

Daha sonra tədbirin aparıcısı Məşədi Vidadi Qurbanov sözü natiqlərə verib.

Toplantıda Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze həmçinin digər əməkdaşları, Şərqi Gürcüstan müftüsünün muavini hacı Bəxtiyar, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Əhli-Beyt cəmiyyətinin rəhbəri Hacı Rasim Məmmədov, Beynəlxalq Al-Mustafa Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və başqaları mövzu ətrafında çıxışlar ediblər.

Natiqlər öz çıxışlarında Hz.Peyğəmbərin (s) həyatına nəzər salaraq onun islam ümmətindən istədiyi birliyikdən və həmçinin onun dünyaya gətirdiyi insan hüquqlarından söz açıblar. Çıxış edən qonaqlar, günümüzdə islam ümməti arasında vəhdətin qorunub saxlanılmasının vacibliyindən və müxtəlif qüvvələr tərəfindən İslam adına aparılan çirkin kampaniyalara qarşı birgə mübarizə aparılmasının vacibliyindən danışıblar.

Qeyd edək ki, keçirilən seminar Gürcüstan Müsəlmanlar İdarəsi və Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.



"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
"Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib (FOTO)
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930