19 fevral — Ramazan ayının birinci günüdür
Mьəllif: admin1
Tarix: 17-02-2026, 20:03
19 fevral — Ramazan ayının birinci günüdür
Mübarək Ramazan ayı öz xeyir və bərəkəti ilə üzərimizə gəlir.

Ali məqamlı mərcəyi-təqlidlərin nəzarətində olan İstihlal mərkəzlərinin (Yeni hilalın görünməsinin tədqiq edilməsi üzrə mərkəz) verdiyi məlumata əsasən, inşəAllah, mübarək Ramazan ayının birinci gününün 19 fevral tarixinin olması qeyd olunur.

Sübh azanınadək mübarək Ramazan ayının orucunun niyyətini tutmaq lazımdır.

Orucun niyyətini dillə deməyə, hətta qəlbdən keçirməyə ehtiyac yoxdur.

İnsan sadəcə oruc tutacağı barədə qərarlaşsa, kifayət edər.

Allah Təala ibadət-itaətlərinizi, oruc-namazlarınızı qəbul etsin!

Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930