QVARAMIYA MÜSƏLMANLARDAN ÜZR İSTƏMƏLİDİR...
Mьəllif: admin1
Tarix: 12-01-2021, 17:46
QVARAMIYA MÜSƏLMANLARDAN ÜZR İSTƏMƏLİDİR...
Gürcüstan Mtavari arxi telekanalının prezidenti Nika Qvaramiya, B.İvanişvilinin xalqa müraciətinin bəzi hissəlerinə şərh verərkən, çox uğursuz, ölkə müsəlmanlarının haqlı narazılığına və qəzəbinə səbəb olan müqayisələr aparıb.

O, öz şərhində, eks prezident M.Saakaşvilini Allaha, özünü isə həzrət Məhəmmədə (s) bənzədib.

Onsuz da öz müqəddəslərinin dəfələrlə xarici mediada təhqir edilməsindən təngə gələn müsəlmanların, məsuliyyətsiz bir telekompaniya rəhbərinin bu axmaq bənzətməsi, sebr kasasını daşırdı.

Xalqımıza ve dinimizə ən yaramaz və axmaq münasibəti ilə müselmanların yaddaşında iz buraxan Fransanın bədnam və üzüqara prezidentinin son çıxısları, deyəsən Qvaramiya kimilərini də həvəsləndirib.

"Əxlaq" və düşuncəsiylə (İblisə sitayiş edənlərin həzrət Məhəmmədə (s) nifrətinin mənşəyi bəllidir) Makrona bənzəyən Qvaramiya və onun kimilər bilməlidirlər ki, Gürcüstan kimi tolerant bir ölkədə əsrlərlə barış içində yaşayan xalqların arasinda ədavət toxumu səpmək, ölkəmizə və xalqlarımıza xeyir gətirməz.

Biz, Gürcüstan Respublikası Baş Prokurorluğundan və dövlətin digər əlaqədar orqanlarından tələb edirik ki, N.Qvaramiyaya qarşı qanun çərçivəsində ölçü götürsün! Həmçinin, N.Qvaramiya, öz televiziyası vasitəsilə müsəlmanlardan üzr istəsin.

Xristiyan gürcü həm vətandaşlarımızadan da istəyimiz budur ki, bu cür dəyərsiz və axmaq sözlərə öz münasibətlərini bildirib, müsəlmanların haqlı narazılıqlarına dəstək göstərsinlər.

"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti"

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930