Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
Mьəllif: admin1
Tarix: 26-05-2020, 12:58
Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
26 may-Gürcüstanın müstəqillik günüdür, bayramınız mübarək olsun!

Marneuli ve Hucabi yepiskopu Qiorqi Camdelianidən, bir din xadimi olaraq-yaşadığı bölgənin əhalisinin 80% çoxu müsəlman olan biz azərbaycanlılar, Ramazan (Fitr) bayramı təbriki gözləyirdik! Niyə gözləyirdik?

Ona görə ki, biz həmişı, istər fərd, istərsə də təşkiat olaraq yerli xristian vətəndaşlarımızı dəmək olar ki, bütün din bayramları münasibəti ilə təbrik etmişik!

Bu, bir daxili mədəniyyət və hörmətin təzahürüdür! Çox təəssüflər olsun ki, bu günlərdə, bölgımizin rəsmi xristian din xadimindən, tanınmış tarixi şəxsiyyət, yazıçı, ictimai xadim N. Nərimanovun Marneuli rayon mərkəzində ucalan heykılinə yonəlik, xoşagəlməz sözlər eşitdik!

Cənab Camdeliani, soruşsanız N. Nərimanov biz azərbaycanlılardan ötrü kimdir? O, bir maarifpərver-müəllim, yazıçı-klassik, xeyriyyətçi həkim və nəhayət vicdanlı bir insan olub. Onun vaxtilə, bir yüksək rütbəli kommunist-dövlət xadimi olmasının, bu gün bizim üçün də bir önəmi yoxdur!

Cənab Camdeliani! Bu gün, biz, bir din xadimləri olaraq gənclərimizi, xalqımızı, bir-birimizin dini, milli dəyərlərimizə qarşılıqlı hörmət və ehtiram ruhunda tərbiyə etməliyik.

Gözəl ölkəmiz olan Gürcüstanın, işğal olunmuş ərazilərinin azad olunması üçün vətənpərvərlik ideyaları ilə hazırlamalıyıq! Hörmətli patriarx, ll Iliya cənablarının müsəlman din xadimləri ilə dostluq və qarşılıqlı hörmətlə rəftar edib, siyasət yürütdüyünü sizli-bizli hamımız görmüşük!

Milli vətənimiz olan Azərbaycan Respublikasının, qonşu və qardaş dediyi Gürcüstan Respublikasına saysız-hesabsız yaxşılıqlarının hamımız şahidiyik!

Ölkəmizin büdcəsinə ən çox vergi ödəyən SOCAR neft şirkəti olduğunu bilirsiz! İçərisində pulsuz isindiyimiz kilsə və məscidlərin təbii qazla məhz SOCAR-ın təmin etdiyini bilirsiniz!

Şəxsən sizin əyləşdiyiniz Marneulidəki kilsenin de tikintisinde, xeyriyyəçi azərbaycanlıların maddi dəstəyi olub. Dövlətlərarası münasibətlərin bələ gözəl vaxtında N. Nərimanovun Hereti (Zakatala) bölgəsini, Azərbaycana verilməsi mövzusunu öz bazargünü çıxışında söyləməniz, bizim, bir din xadimi olaraq, ürəyimizi sızlatdı.

Bizim din xadimlərimiz, öz Cümə xütbələrində, həmişə, xalqlarımızın dostluğu və ölkələrimizin ərazi bütövlüyü üçün dua edirler! Rayonumuzun meri Zaur bəy Darğallı, burada yeni heykəl ucaltmayıb, sadəcə xalqımızın çoxsaylı xahişlərini nəzərə alıb N. Nərimanovun heykəlini təmir etdirib, sağ olsun!

Siz, ondan üzür istəməyi tələb edirsiniz, bu əslində, bizim hamımızdan üzür tələb etmək kimi alınır. Təbii ki, sizin belə bir fikriniz olmayıb.

Lakin, belə həssas zamanda, və belə incə mövzularda çıxış edəndə, gərək hər birimiz çox diqqətli olaq! N. Nərimanov bir xəyanətkar şəxs olsaydı, biz azərbaycanlılar heç zaman ona dəyər verməzdik!

Çünki, bir xalq olaraq biz azərbaycanlılar, xəyanətkar olmamış, həmçinin nankorluq da etməmişik. Gürcüstan tarixində gürcü xalqına və dövlətçiliyinə ən sədaqətli xalq olmuşuq!

Və sonda, Uca Tanrıdan arzu və duayla istəyirik ki, xalqlarımız arasında dostluq və mehribanlığı günbəgün artırsın, Gürcüstan və Azərbaycan Respublikalarının qardaşlığını Öz qüdrət əli ilə möhkəmlətsin! Amin!

Hörmətlə: müsəlman din xadimi və rəssam, Rizvan İsmayıl

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930