Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Müəllif: Admin
Tarix: 9-03-2020, 11:08
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Gürcüstan Müsəlmanlar İdarəsinin və Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin birgə təşkilatşılığı ilə Bolnisi rayonunun Faxralı kənd Əhli-beyt (ə) məscidində İmam Əlinin (ə) mövludu münasibəti ilə tədbir keçirildi.

Tədbirin aparıcısı Hacı İfrət Əhmədov tədbir haqda məlumat verib tədbir iştirakçılarını salamladıqdan sonra Quran tilavəti ilə tədbiri açıq elan etmək üçün sözü Quran qiraətçisi Anar Cəfəriyə verdi.
Sonra ardıcıl olaraq təbrik və çıxış üçün din xadimləri kürsüyə dəvət edildi.

Bayram tədbirində çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Hacı Kamran Məmmədov, Adil hoca və Kərbəlayi Elçin Daşdanzadə möminlərin əmiri olan İmam Əlinin (ə) fəzilət və məqamından, O həzrətin örnək həyatından, Onun simasında İslamda ailə mədəniyyəti və möminlərin nişanələri haqda geniş söhbətlər etdilər.

Tədbir Əhli-beyt (ə) məddahı Anar Cəfərinin ifasında ilahilərlə davam etdi.

Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan tədbir duallar ilə yekunlaşdı. Mərasim iştirakçılarına jurnal, təqvim və praşurlar təqdim olundu.


Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Bolnisi, Faxralı kəndində İmam Əlinin (ə) mövlud tədbiri keçirildi (Foto)
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930