Marneulidə hz. Zəhranın (s.ə) təvəllüd tədbiri keçirildi (Foto)
Mьəllif: admin1
Tarix: 14-02-2020, 22:38
Marneulidə hz. Zəhranın (s.ə) təvəllüd tədbiri keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün, Marneulinin Alget (Gorarxı) kəndində yerləşən “Muradoğlu” şadlıq sarayında Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə tədbir təşkil olunub. Tədbirə Marneuli və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin və Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimə dövlət rəsmiləri, Azərbaycan və İran İslam Respublikası səfirliklərinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin aparıcısı Hacı Mahir Məmmədov tədbir haqda məlumat verib tədbir iştirakçılarını salamladıqdan sonra Quran tilavəti ilə tədbiri açıq elan etmək üçün sözü Quran qiraətçisi Fuad Həsənova verib. Sonra ardıcıl olaraq təbrik və çıxış üçün din xadimləri və dövlət rəsmilərini kürsüyə dəvət edib.

Bayram tədbirində çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və Gəncə şəhərindən Azərbaycanın dəyərli ruhanilərindən olan Hacı Vuqar İsgəndərov iki dünya xanımı Hz. Zəhranın (s.ə) fəzilət və məqamından, o xanımın örnək həyatından, Onun simasında İslamda ailə mədəniyyəti haqda geniş söhbətlər ediblər.

Gürcüstan Parlamentinin Marneulidən mojaritar millət vəkili Ruslan Hacıyev, Marneuli şəhərinin Meri Zaur Darğallı, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Azərbaycanın ölkəmizdəki səfirliyinin birinci katibi Sərxan İsmayılov və başqaları müsəlmanları əziz bayram günləri münasibəti ilə təbrik edib, çıxışları zamanı Həzrət Peyğəmbər (s) qızının nümunəvi üstün cəhətlərinə və dəyərli xüsusiyyətlərinə toxunublar.

Tədbir Azərbaycandan dəvət olunan Əhlibeyt məddahı Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfərinin ifasında Hz. Fatimeyi Zəhra (s.ə) haqqında şeir və ilahilərlə davam edib.

Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan tədbir "Fərəc" duası ilə yekunlaşıb. Mərasim iştirakçılarına jurnal, təqvim və praşurlar təqdim olunub.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031