Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)
Müəllif: Admin
Tarix: 10-07-2019, 23:57
Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)
10 İyul tarixində paytaxt Tbilisi şəhərində “Akhundov House” rəsm qalereyasında tanınmış rəssam Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, fərdi sərgi “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.

Sərgidə Dövlət nümayəndələri, Ölkəmizdə akreditə olunmuş bir neçə ölkənin səfirlik nümayəndələri, Jurnalistlər və ictimai xadimlər iştirak ediblər.

Keçirilən tədbiridə çıxış edən qonaqlar bildiriblər ki, rəssamın əsərləri ilə tanış olanda insan düşüncələrə qərq olur. Rəqəmlərin dili ilə rəsmləri insanlara çatdırmaq yeni bir janrın başlanğıcıdır.

Qeyd olunub ki, Rizvan İsmayıl həmçinin Azərbaycan və Gürcüstan Rəssamlar ittifaqlarının üzvüdür. Onun əsərləri Paris, İstanbul, Lüksemburq və digər şəhərlərdə sərgilənib. bu gün keçirilən xeyriyyə sərgisi isə böyük alqışa laiqdir.

Qeyd edək ki, Rizvan İsmayıl rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya - rəqəmlərin bir-biri ilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyatının və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rəssam “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.

Xatırladaq ki, baş tutan sərgidə nümaiş olunan əsərlər satışa qoyulub. Sərgi zamanı alınan əsərlərin gəlirinin müəyyən hisəsi xeyriyyə məqsədi ilə istifadə olunacaq. “Akhundov House” rəsm qalereyasında baş tutan sərgi iki gün davam edəcək.



Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)
Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)
Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)
Rizvan İsmayılın xeyriyyə rəsm sərgisi baş tutdu (FOTO)


Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031