İmamcümə Hacı Rasim Məmmədovun doğum günüdür
Mьəllif: admin1
Tarix: 12-09-2022, 15:47
İmamcümə Hacı Rasim Məmmədovun doğum günüdür

Bu gün imamcümə, dəyərli alim və Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun 47 yaşı tamam olur.

Ad günü Allahın insana həyat kimi böyük bir nemətin verildiyini xatırladır. Biz də o neməti gerçək şükür ilə yaşatmalıyıq.

Biz Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin kollektivi olaraq, hörmətli Hacı Rasimi bu il səfər ayına təsadüf edən və ad günü süfrəsinin deyil, İmam Hüseyn (ə) və yaxınlarının ehsan süfrələrinin önəm daşıdığı təvəllüd günü münasibəti ilə səmimi təbrik edirik.

Allahdan Hacı Rasimə uzun və bərəkətli ömür, dünya və axirət səadəti, İslam dininin daha da inkişaf etdirilməsində sonsuz güc bəxş etməsini və işlərində müvəffəqiyyət diləyirik!

Rasim Məhəmməd oğlu Məmmədov 1975-ci il sentyabrın 12-də Marneuli rayonunun Alget (Məscidli Gorarxı) kəndində doğulub. Orta təhsilini həmin kənd məktəbində aldıqdan sonra Azərbaycanın Gəncə və Cəlilabad şəhərlərində dini təhsilini davam etdirib.

Ali dini təhsilini İran İslam Respublikasının Qum şəhərində əl-Məhdi və Beynəlxalq əl-Mustafa universitetində müvəffəqiyyətlə başa çatdırmişdır.

“Gürcüstanda islam tarixi I”, “Gürcüstanda islam tarixi II”, “İslamda ailə hüququ və övlad tərbiyəsi” və bir sıra kitabların müəllifidir.

1999-2000-ci illərdə ölkəmizin elmi-dini tədris ocaqlarında – Tbilisi Cümə məscidinin nəzdində fəaliyyət göstərən İmam Əli (ə) mədrəsəsində və Marneulidəki İmam Rza (ə) mədrəsəsində çalışmışdır.

2001-ci ildə “Haqq yolu” qiyabi elmi müəssisəsinin bölgə nümayəndəsi olub.

Həmin ildən Gürcüstan dini mədəni-maarif cəmiyyəti olan “Əhli-beyt (ə)”in sədridir.

Hal-hazırda Marneuli şəhərinin üç nəfər imamcüməsindən biridir. Üç övlad atasıdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930