Fitr bayramı günü günortaya qədər oruc tutmaq olarmı?
Mьəllif: admin1
Tarix: 9-04-2024, 16:54
Fitr bayramı günü günortaya qədər oruc tutmaq olarmı?
Bir neçə hal var ki oruc tutmaq müsəlmana haram olur onlardan biri isə Fitr bayramı günüdür.

"Fitr bayramı günü mübarək Ramazan ayı qurtarıb. Şəvval ayının birincı günü olur. Həmən günü qəsdən oruc tutmaq haramdır".

Belə bir sual olunur ki, Fitr bayramı günü günortaya kimi oruc tutmaq olarmı?

Əgər bir şəxs Fitr bayramı günü oruc niyyəti ilə ac qalsa haram bir iş görmüş olar. Amma şəriətmizdə bu cür buyurulur ki, oruc tutan kəs Fitr bayramı günü müstəhəbdir ki, (savabı var) fitirə zəkatını çıxsın və bayram namazını qılsın ondan sonra bayram süfrəsində əyləşib yemək yesin.(Çünki mömin əvvəlcə ehtiyacı olan insanın ehtiyacını ödəyir sonra Allahla münacat edir daha sonra isə özü yemək yeyir). Həmçinin bu əməli yerinə yetirməsə heç bir günah iş görmüş olmur.

Ümumiyyətlə islamda əsas olan işin özü deyil, əsas olan işin Allah-taalanın istədiyinə uyğun yerinə yetirilməsidir.

Ramin Əli

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930