Həqiqətən İmam Hüseynə (ə) sadiq və layiqli əzadar ola bilirikmi?
Müəllif: Admin
Tarix: 16-09-2018, 10:49
Həqiqətən İmam Hüseynə (ə) sadiq və layiqli əzadar ola bilirikmi?
Məsumlar buyururlar ki, əzadarlıq məclislərində kim İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə bir damcı göz yaşı axıtsa Allah onun günahlarını bağışlayar.

Bu necə mümkündür? Və biz doğurdan da İmam Hüseynə sadiq və xalis əzadarıqmı? Bu sualı bir dəfə özümüzdən soruşaq. Əza məclisləri qurulur və biz orada iştirak edirik. Bunun üçün savab var, amma görəsən buyurulan o sadiq əzadar bizikmi?

Biz bu suala cavab tapmaq üçün gərək İmam Hüseynin danışığına və əməllərinə diqqət edək. İmam Hüseyn Mədinədən çıxdı üzü Məkkəyə, Məkkənin ehtiramı pozulmasın deyə, Məkkədə qan tökülməsin deyə Məkkədən də səfər etdi Kufəyə tərəf. Oradakı xütbələrinə diqqət etsək görərik həmişə bir şeyi izləyib.

Vəsiyyətnaməsində qardaşı Məhəmməd Hənəfiyyəyə dedi: "Sən qal burada mənim gözüm ol, amma bu vəsiyyətimi də camaata çatdır. Buranın vəziyyətindən də mənim xəbərim olsun".

İmamın addımlarını baxanda görürsən bir neçə hədəfi izləyir. Hamısını xülasələşdirsək bunu deyək bilərik. İmam deyir, mən fəsad, fitnə, qan tökmək, təkəbbürlük ucbatından səfərə çıxmadım.

Mən cəddim peyğəmbərin dinini islah etmək üçün səfərə çıxdım. Mən Peyğəmbərin və Əlinin yolunu gedim deyə bu qiyamı etdim. Və başqa hədislərdə də buyurur ki, mən əmr be məruf (yaxşılığa dəvət etmək) və nəhy əz munkər (pis işlərdən çəkindirmək) edim deyə səfərə çıxıb qiyam etdim, inqilab etdim.

Görəsən biz İmam Hüseynin (ə) həmən əzadarlıqlarda bu hədəflərini izləyirikmi? Əgər doğurdan da məclisdə iştirak edib və çölə çıxanda öz üzərimizdə sonra ailəmizin və mühitimizin üzərində çalışırıqmı?






Rasim Məmmədov

(kerbela.info)
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930