İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur
Mьəllif: admin1
Tarix: 9-10-2017, 21:22
İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur
İmam Hüseyn (ə) şəhid olan an dodaqlarına təbəssüm gəldi.
Təbii ki, o gülüşün bir səbəbi Allah dərgahına qovuşması üçün idi. Lakin deyirlər ikinci səbəbi ona görə idi ki, o Həzrət (ə) bildi ki, onun adına qurulan məclislərdə çoxları tövbə edib özlərini düzəldəcəklər və Allah taala o məclislərdə çoxlarını bağışlayacaq ona görədə imam Huseyn (ə) şad idi və buna görə də İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur.

İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”.


İmamcümə Hacı Rasim Məmmədov
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031