Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)
Mьəllif: admin1
Tarix: 9-06-2017, 10:06

Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)

 

Ahlibeyt.ge xəbər verir ki, 7 İyun  saat 18:00 tarixində Moskva şəhərinin Manej Mərkəzi Sərgi Salonunda rəssamların "Ənənələr və Müasirlik" adlı 12-ci Beynəlxalq rəsm festivalı keçirilmişdir. Bu festivalda dünyanın 30 dan artıq ölkəsindən tanınmış rəssamlar qatılıb o cümlədən Yaponiya, Amerika və Avropa ölkələrindən də rəssamlar iştirak edib.

 

 

Həmin sərgidə dünya şöhrətli Salvador Dalinin əsərləri və həmçinin Rusiya rəssamlar akedemiyasının prezdenti dünya şöhrətli heykəltəraş, rəssam Zurab Ceretelinində əsərləri nümayiş olundu.

Festivalın açılışında çox sayda tanınmış insanlar o cümlədən Azərbaycan respublikasının Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etdi. 
Bu mötəbər festivalda ölkəmizin tanınmış rəssamları ilahiyyatcı Hacı Rizvan İsmayıl və Malxaz İmedaşivili təmsil etmişlər.

Rizvan İsmayil bu sərgidə 12 tablo ilə çıxış edərək öz patetləşdirdiyi yeni bir üslub olan "Numeroloqizm" üslubunu yenidən Rusiya ictimaiyyətində işıqlandırdı.

Qeyd edək ki, 7 iyunda başlayan sərgi 11 iyuna qədər davam edəcəkdir və 10 iyun saat 19:00 da Moskvanın "Musiqi Evi” adlanan mərkəzi konsert zalının kamera salonunda "VERA” mükafatının təqdimatı keçirləcək. Bu festival hər il iki dəfə keçirilir  yaz sərgisi Rusiyanın Moskva şəhərində payız sərgisi isə Portuqalyanın Lisabun yaxud Çinin Şanxay şəhərlərində keçirilir. 

 

 

 

Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)

 

Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)

 

Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)

 

Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)

 


 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930