YETİM, KİMSƏSİZ VƏ QÜSURLU UŞAQLAR EVLƏRİNƏ YARDIM EDİLDİ, RAMAZAN PAYI VERİLDİ
Mьəllif: admin1
Tarix: 1-06-2017, 22:42

YETİM, KİMSƏSİZ VƏ QÜSURLU UŞAQLAR EVLƏRİNƏ YARDIM EDİLDİ, RAMAZAN PAYI VERİLDİ

Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsi bu gün Uşaqların Beynəlxalq Müdafiə günü 150-ə yaxın yetim uşaqlara Ramazan payı verməklə yad etdi. Eyni zamanda hər il olduğu kimi bu ildə də Rustavi və Batumi şəhərlərində olan kimsəsiz və fiziki qüsurlu uşaqlar yurduna ümumilikdə 3000 lari məbləğində ehtiyacları olan əşyalar alınıb həmin yurdalara bağışlanıldı.


 

Müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması və düzgün təlim və tədrisi dövlətin və hər kəsin əsas məsuliyyətərindəndir.
 
 

 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930