Həzrət Zeynəbin (s.ə) vəfatı münasibətilə başsağlığı
Mьəllif: admin1
Tarix: 27-01-2024, 10:36
Həzrət Zeynəbin (s.ə) vəfatı münasibətilə başsağlığı
Ahlibeyt.ge xəbər verir ki, rəcəb ayının 15-i İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, eləcə də İmam Həzrət Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (s.ə) övladı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür.

Həzrət Zeynəb (s.ə.) qardaşı, İmam Həzrət İmam Hüseynin (ə) yanında, İslamı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş irticaçı və yayınmış bir cərəyanla mübarizə aparırdı.

O həzrət möhtərəm qardaşı Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhadətindən sonra paklıq Əhli-beyti (ə) xanədanının digər üzvləri ilə yanaşı əsir aparıldı, amma həmin əsirlik gedişində məntiqli və əzəmətli xütbələrilə Bəni Uməyyənin pozğun və alçaq mahiyyətini ifşa etdi.

Həzrət Zeynəb (s.ə) Kufə və Şamda Yezidin yolunu azmış hökumət sisteminə qarşı ifşaçılıqları ilə İmam Hüseyn (ə) qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.

Həzrət Zeynəbin (s.ə) şəhadəti münasibətilə Əhli-beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə) Qadınlar Birliyi" əziz müsəlmanlara və oxucularımıza başsağlığı verir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930