Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Mьəllif: admin1
Tarix: 4-03-2017, 18:37
Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib. Təqdimatı ilk öncə açan Elvir Həsənoğlu qonaqları salamlayaraq sözü klipin yaradıcı heyyətinə verib.
İlk öncə klipin rejisoru Fuad Rzayev çəklişdə iştirak edən aktyor və aktrisanın ilk rol almalarına baxmayaraq çalışıblar ki, bu çətinliyin öhdəsindən gəlməsinini qeyd etdi.

Klipdə yer alan Aysel Memmedovanın prodiseri Qiorqi Qurqirilşivili isə öz çıxışında bu klipin Azərbaycan və Gürcüstan dostluğunun bir göstəricisi olduğnu və klipin emosianal olması isə xüsusi bir zövq verdiyni deyib.

Aysel Məmmədova isə klipdə rol aldığı ana obrazı onun üçün çox çətin olduğnu deyib lakin çətin olduğu qədərdə bu obrazdan çox razı qaldığnı bildirib.

Marneuli imam Əli (ə) Məscidinin Axundu Hacı Hacıyev isə bu cür təqdirə layiq kliplərin elə Əhli-beytin (ə) insanlara təbliğinin bir növü olduğunu bildirib.

Klipdə həkim rolunu aparan Etibar Budaqlı qeyd etdiki, həkimlər acız qalanda Uca Allahdan müqəddəs şəxslərin hörmətinə şəfa istənilir.

Hz. Əbəlfəz mahnısını ifa edən Əhli-Beyt (ə) məddahı Sayid Həsən isə ona yardımcı olan hər kəsə xüsusilə aktyor heyətinə təşəkkür edərək klipə qiymət verməyi izləyicilərin öhdəsinə buraxdı.
Təqdimatın sonunda gələn qonaqlara Klip təqdim olunub izləyən qonaqlar tərəfindən klip çox təqdirə layiq qarşılanıb və uğurlu olacağını bildirilib.

Klip LEADER studiyası tərəfindən çəkilib.
Qeyd edək ki: İslammedia TV-dən bu yeni klipi izləyə bilərsiniz.
Xəbərin repotajını hazırlayan Gürcüstan Əhli-beyt (ə) cəmiyyətidir.


Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)
Marneulidə Hz. Əbəlfəz (ə) adlı mahnının klipinin təqdimatı keçirilib (Foto-Video)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930