İmam-cümə zinakarlara gələn bəlalardan danışıdı
Müəllif: Admin
Tarix: 4-03-2017, 17:42
İmam-cümə zinakarlara gələn bəlalardan danışıdı
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi.

Birinci xütbəsinin əvvəlində təqva sifətinin önəmindən danışdı.
İmam-cümə: “Təqva Qurani kərimdə ən çox dəvət edilən işlərdəndir. Təqva sifəti Quran və hədislərdə “ən gözəl libas” və “ən gözəl azuqə” adlandırılıb” – deyə qeyd etdi.

Sonra Hacı Rasim İslam Peyğəmbərinin (s) merac hədislərindən birini izah etməklə moizəsinə davam etdi: Bilirik ki Peyğəmbərimiz (s.ə) göy aləminə, meraca gedəndə orada bir çox şeylər görüb öyrəndi.
O həzrət (s) buyurur: cənnətin və cəhənnəmin qapılarının üzərinə müxtəlif mənalı sözlər yazılmışdı. Cənnətin altıncı qapısının üzərinə belə yazıldığını görüm: “mən əradə ən yəkun qəbruhu vəsiən fəsiha fəl yəbniəl məsacid”.
6-cı qapının üzərinə yazılanlar əsasən “qəbr” və "Bərzəx" həyatına aiddir.
1- Hər kəs qəbrinin geniş olmasını istəyirsə, onda məscidlər tiksin.
2- Hər kəs bədəninin qəbrdə heyvanların yeməyinə çevrilməyini istəmirsə, məscidlərdə çox olsun, (get-gəl və ibadət etsin)
3- Hər kəs istəsə ki bədəni qəbirdə salamat qalsın, çürüməsin məscidləri süpürüb təmizləsin.
4- Hər kəs (qəbrdən) cənnətdə öz mövqeyini (məqamını) görmək istəyirsə məscidlərə xalça salsın.
Bu hədisdə sayılan əməllərin hamısı insanın qəbirdəki halına təsiri var.

İnsanın Bərzəx həyatını rahatlaşdıran işlərdən danışan Xətib: Bir neçə əməl var ki onu yerinə yetirmək qəbr sıxıntısını və Bərzəx həyatının çətinliklərini insandan uzaqlaşdırır.
1- İmam Baqir (ə) buyurur: “Hər kəs namaz qılarkən gözəl və uzun ruku etsə onun qəbrinə vəhşət daxil olmaz.
2- “Hər kəs bu dünyada bir möminin qəlbindən qəmi uzaqlaşdırsa, Allahda onundan axirət qəmini (bəla və çətinlliklərini) uzaqlaşdırar”.
3- Hz. Əlinin (ə) sevgisi. Ayətullah Müqəddəs Ərdəbilidən röya aləmində soruşdular. Hansı əməlin sənin nicatına səbəb oldu. O İmam Əlinin (ə) müqqədəs qəbrinə işarə ederek dedi: bu qəbr sahibinə olan məhəbbətim – əlavə etdi.

İmam-cümə ikinci xütbəsində ömrü qısaldan günahlardan danışdı.

İmam Sadiq (ə) buyurub: “İlahi! Ömürü qısaldan günahlardan sənə pənah aparıram”.
Bütün günahlar çox pisdir. Günah etmək ömürü bərbad və zay etməkdir. Lakin bəzi günahlar var ki, bir başa ömürün qısalmasına səbəb olur.

Sonra Hacı Rasim o günahların bəzisini qeyd etdi:

1. Zina etmək.
Allah-taala buyurur: “hər kəs zina etsə mən həmin şəxsə 6 bəla verərəm.
3-ünü bu dünyada 3-ünü axirətdə.
Dünyada veriləcəy bəlalar.
1. Üzünün nurunu aradan apararam. (nuraniyyəti olmaz).
2. Ruzisini təng edərəm (qısaldaram, qazancının bərəkəti olmaz).
3. Ömürünü azaldaram.

Axirət bəlaları.
1) Mənim (Allahın) qəzəbimə duçar olar.
2) Onunla çox çətin hesab kitab edərəm.
3) Onu cəhənnəm atəşinə daxil edərəm.
Təbbi ki, günahkar insan ürəkdən peşman olub tövbə, inabə etməzsə.

2.Tərkul-birr – yaxşı bir əməli tərk etmək.
Məsələn bir neçə insana borc pul verib, onlar da borclarını vaxtında qaytarmayıb, indi deyir mən heç kəsə borc vermiyəcəm.

3.Kufrul-ehsan. Yaxşılığın qarşısında pislik etmək.
Bəzi insanlar var ki, ona yaxşılıq edən insana pislik edər yaxud da yaxşılığı düzgün anlamır. Birinə yaxşılığ edirsən, ürəyini verirsən, o da deyir bunu mənə etməlidi, borculudu mənə və ya deyir bunun məndən aslılığı var ona görə mənə bu yaxşılığı edir.

4.Vəl-bəğyu əlan-nas – İnsanlara zülm etmək.
Zülm də müxtəlif cür olur; ya dili ilə ya əli ilə, kiminin qeybətini edir, kimiyə böhtan atır, kiminin maddi haqqını yeyir və s...

İmam cümə moizəsini məsumlardan bir sira hədislərlə tamamladı.




İmam-cümə zinakarlara gələn bəlalardan danışıdı
İmam-cümə zinakarlara gələn bəlalardan danışıdı
İmam-cümə zinakarlara gələn bəlalardan danışıdı
Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031