Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Mьəllif: admin1
Tarix: 2-03-2017, 22:19
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Beynəlxalq Əl-Mustafa (s) Universitetinin Gürcüstan Nümayəndəliyi, Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə İslam Peyğəmbərinin (s) ciyərparəsi Хanımlar хanımı Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza mərasimi keçirildi.

Həzrəti Fatiməyə (s.ə) keçirilən əza məclisinin aparıcısı Kərbəlayi Elçin Daşdanzadə ilk öncə çıxış edərək əzadarları salamladı və hər kəsə başsağlığı verdi.

Sonra Qurani- Kərimdən bir neçə ayəni öz gözəl səsi ilə tilavət etmək üçün Quran qarisi Rza Cəfəriyi dəvət etdi.

Quran tilavətindən sonra xanım tələbələr Hz. Zəhranı (s.ə) tanıtma səhnəsini təqdim etdilər, xanimlar O həzrətin (s.ə) haqqında ətrafli məlumat verərək onun necə bir xanım olduğunu ifadə etdilər. Daha sonra hz. Fatimənin (s) öz dilindən ifadələr səsləndirilərək gördüyü çətinlikləri dilə gətirdi O, insanları Allahin buyurduğuna əməl etməyə, dünya malına çox bel bağlamamağa dəvət etdi.

Mərasimdə moizə etmək üçün söz dəyərli ustad Hacı Qurban Murğuzova verildi. Xanım Zəhranın (s.ə) ömründə olan ibrətlərdən danışan ustad çıxışında 4 nöqtəyə nəzər salaraq onun ibadətlərinə əməllərinə inancına şəxsiyyətinə nəzər salaraq ətraflı mərasim əhlinə məlumatlar verdi.

Daha sonra İran İslam Respublikasından təşrif gətirmiş Əhli-beyt (ə) məddahı Məcid Muxtarpur Hz. Fatimənin (s.ə) şəninə rövzə və mərsiyyələr oxudu.

Mərasim dua və ehsan süfrəsi ilə yekunlaşdı.


Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)
Fatimeyi-Zəhra (s.ə) aşiqləri əza libasına büründü (Foto-Video)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930