"Alim öldü - aləm öldü"
Mьəllif: admin1
Tarix: 12-02-2017, 13:13
"Alim öldü - aləm öldü"
Ahlibeyt.ge xəbər verir ki, Türkiyə şiələrinin tanınmış ruhanilərindən olan höccətül islam vəl muslimin Şeyx Həmid Turan dünyasını dəyişib.

Zeynəbiyə hərəkatının banislərindən olan Şeyx Həmid Turan Türkiyə şiələrinin sevimli ruhanilərindən idi.

O bir ilə yaxın idi ki, koma vəziyyətində idi.

Nəcəfül-Əşrəf Hövzəsində ali ruhani təhsili almış Şeyx Həmid Turan Halkalıda Zeynəbiyə məscidinin axundlarından idi.

Peyğəmbər (s) buyurur: "Alim öldü - Aləm öldü" bu hədisi əsas götürərək, bu hadisə Gürcüstanda yaşayan müsəlmanlarıda kədərləndirdi. Alimin vəfatı münasibəti ilə bütün Türkiyə cəfərilərinə dərin hüznlə başsağlığı veririk!

Hörmətlə: Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə)" Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyi.



Allah Rəhmət etsin!
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031