20 Yanvar – Qanlı Yanvar faciəsi ilə bağlı Bəyanat
Mьəllif: admin1
Tarix: 20-01-2026, 10:37
20 Yanvar – Qanlı Yanvar faciəsi ilə bağlı Bəyanat
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biridir. Həmin gecə sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədərək yüzlərlə günahsız insanın həyatına son qoymuş, minlərlə vətəndaşı yaralamışdır.

20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, Azərbaycan xalqının iradəsini, azadlıq əzmini və mübarizə ruhunu sındıra bilməmişdir. Əksinə, bu qanlı hadisə xalqımızın müstəqillik yolunda daha da birləşməsinə və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun əsasını qoymuşdur.

Biz 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, onların göstərdiyi qəhrəmanlığı heç vaxt unutmuruq.

Allah bütün 20 Yanvar şəhidlərinə rəhmət eləsin.

Ruhları şad olsun!

"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti",
Oxşar xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031