Gürcüstanın Marneuli şəhərində məbəs bayramı qeyd olundu
Müəllif: admin1
Tarix: 27-05-2014, 22:47
Gürcüstanın Marneuli şəhərində məbəs bayramı qeyd olundu

Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Ənbiya 107)
27/05/2014 tarixi Rəcəb ayının 27-si, Allah taalanın aləmlərə rəhmət olaraq göndərdiyi Hz. Muhəmmədin (s) peyğəmbərliyə məbus olduğu, yəni-Məbəs günüdür.
Bu şərəfli gündə bütün dünya müsəlmanları kimi Gürcüstan müsəlmanları da bayram içindədirlər.
Bu münasibətlə Gürcüstanın Marneuli şəhərində yerləşən Seydlər ziyarətgahında Əhli beyt(ə) cəmiyyətinin təşəbbüsü ilə Məbəs bayramı qeyd olundu.
Bayram mərasimi Peyğəmbər(s) və pak Əhli beytinə(ə) salam və salavatlarla açıldı, Əhli beyt məddahı Kərbəlayi Rza Qurani Kərimin mübarək ayələrindən tilavət etdi.
Daha sonra Mərneuli şəhəri İmam Əli(ə)məscidinin axundu Hacı Hacıyev İmam Zaman(ə.f) və bütün dünya müsəlmanlarını təbrik edərək Həzrəti Mühəmmədin (s) peyğəmbərliyi və bütün insanlara tövsiyələrindən söz açdı.
Məclisin davamında Əhli beyt(ə) cəmiyyətində təhsil alan tələbələr tərəfindən Peyğəmbərin şəninə şerlər oxundu.
Bayram mərasimi dua ilə yekunlaşdı. Sonda bayram süfrəsi verildi.
Gürcüstanın Marneuli şəhərində məbəs bayramı qeyd olundu

Gürcüstanın Marneuli şəhərində məbəs bayramı qeyd olundu

Gürcüstanın Marneuli şəhərində məbəs bayramı qeyd olundu

ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930