İmam Rzanın (ə) şəhadəti münasibəti ilə Əhli-Beyt (ə) Cəmiyyətinin bəyanəti
Mьəllif: admin1
Tarix: 16-09-2023, 12:33
İmam Rzanın (ə) şəhadəti münasibəti ilə Əhli-Beyt (ə) Cəmiyyətinin bəyanəti
Bu gün müsəlmanların 8-cü İmamı İmam Rzanın (ə) şəhid edilən günüdür. Bu münasibəti ilə "Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla Əhli-Beyt (ə) davamçılarına təsiliyyət ərz edir.

Ahlibeyt.ge xəbər verir ki, hicri tarixinin 203-ci il səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib.

İmamın məzarı Məşhəd şəhərindədir. Şəhərin belə adlanması da imamın şəhid olması ilə bağlıdır. Hər il imamı ziyarət etmək üçün bu şəhərdəki ziyarətgaha 20 milyon insan gedir.

Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur:

"Tezliklə mənim bədənimin bir parası (övladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah cənnəti vacib edər, bədənini isə cəhənnəm oduna haram edər."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930