İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Mьəllif: admin1
Tarix: 21-10-2016, 22:37
İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində, Əraf surəsinin 17-ci ayəsinin izahı və təfsirindən danışdı.

İmam cümə Hacı Rasim buyurdu: Allahın məntiqində insanların ən təhlükəli düşməni “Şeytandır”. Çünki Şeytan insanları azdırmaqda çox mahirdir. O hər kəsi aldatmağa öz qapsından daxil olur.

İmam-cümə sonra əlavə edərək buyurdu, Şeytan möhlət istəyir, Allahda buyurur: sən möhlət verilmişlərdənsən.

Şeytan Allaha deyir İlahi mən, sənə tərəf gəlmək istəyən insanlara dörd tərəfdən hücum edəcəm.

Bu dörd tərəfin mənası nədir?

1.Önlərindən gələrəm mənası budur: gələcəyi (axirəti) onu gözlərində əhəmiyyətdən salar. İnsanın beynini puç xəyallarla doldurar.

2.“Onların arxasından gələrəm” mənası budur: onları gələcəkdən qoruxdaraq yığdıqları malları Allah yolunda xərcləməyə mane olar.

3.“Ona sağ tərəfədən yaxınlaşaram” mənası budur: Ümumiyyətlə “sağ” tərəf islamda din, mənəviyyət və xeyir sinvoludur.
Şeytanın da “sağ” tərəfdən gələrəm deməsinin mənası budur ki, yəni din adı ilə səni aldadaram.

4.“Sol tərəfdən yaxınlaşaram” mənası budur: Deyir mən günahları bəzəyib insanların gözündə gözəlləşdirərəm.


İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsində İzzətli insanların nişanələri haqqında danışdı.

İmam-Cümə "izzət"in mənası açıqladı və İzzətli insanların nişanəsini qeyd etdi. Onlar bunlardır:

1.İzzətli insanların ilk nişanəsi budur ki, insanların cismini deyil qəlbini fəth edib ələ alır.

2.İzzətli insanın hakimiyyətinin həddi-hüdudu olmaz.

3.İzzətli insan ki, qəlbə hakim olur, qarşı tərəf ondan məhəbbət üzərindən itaət edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930