GÜRCÜSTANDA DİNİ İCMALAR ARASINDA GÖRÜŞ KEÇİRİLDİ
Mьəllif: admin1
Tarix: 3-10-2016, 23:55
GÜRCÜSTANDA DİNİ İCMALAR ARASINDA GÖRÜŞ KEÇİRİLDİ
Ahlibeyt.ge xəbər verir ki, Nazirlər kabinetinin iclas salonunda Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Gürcüstandakı dini konfessiyaların rəhbərləri arasında toplantı keçirildi.

Xarici ekspretlərin iştirakı ilə keçirilən toplantının məqsədi Gürcüstanda dini durumu dəyərləndirmək və problemlərin müzakirəsi və həll yolu yönündə fikir mübadiləsi aparmaq idi.

Görüşdə İslamı təmsil edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Gürcüstanda digər dinlər kimi müsəlmanların da azad şəkildə dinlərini yaşadıqlarını və maneəsiz ibadət, ain və mərasimlərini keçirdiyinə işarə edərək bəzi problemlərin də mövcud olduğunu söylədi.

O İslamın və digər dinlərin dini zəmində olan problemlərinin tam həlli üçün və eyni zamanda dinlərin dövlət qarşısında bərabər şəkildə hüquqlarının aydınlaşmasından ötrü ölkədə dini qanunun qəbul olunmasını zəruri hesab etdi.

Həmçinin çoxdinli və millətli Gürcüstanda dinin ardıcılları arasında diskriminasiya hallarının baş verməməsi, tolerantlığın inkişafı və eləcə də vətəndaşların radikal ideologiyaların təsirinə düşməmələri üçün elə orta məktəbdən başlayaraq dini təhsilə şərait yaradılmasının vacibliyindən danışdı.

GÜRCÜSTANDA DİNİ İCMALAR ARASINDA GÖRÜŞ KEÇİRİLDİ
GÜRCÜSTANDA DİNİ İCMALAR ARASINDA GÖRÜŞ KEÇİRİLDİ



(30.09.2016 tarixində)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930