ELAN! Gürcüstan Müsəlmanları İdarəsi rəsm yarışması elan edir
Mьəllif: admin1
Tarix: 24-09-2016, 18:08
ELAN! Gürcüstan Müsəlmanları İdarəsi rəsm yarışması elan edir
Ahlibeyt.ge xəbər verir ki, Məhərrəm ayında keçirilən rəsm yarışmasının mövzusu “Aşura vaqiəsi” və “Kərbəla qiyamı”dır.

Böyüklər və eyni zamanda az yaşlılar üçün keçirilən yarışda rəsmlər А4 (albom vərəqi) və А3 formatlarında qələm və ya fırça ilə istənilən üslubda qəbul edilir.

Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.

Rəsmləri 01.10.2016 il tarixindən 15.10.2016 il tarixinədək Tbilisi Cümə məscidinə göndərin.

Hər bir rəsmin arxasını imzalayıb (rəsm çəkənin adı, soyadı, yaşı, ünvanı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.

Qaliblərin elan edilməsi və mükafatlandırılması 18 oktyabr üçün nəzərdə tutulub.

Qaliblərə notbuk, planşet, fotoaparat və əlavə mükafatların da təqdim edilməsi nəzərdə tutulub.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031