Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Mьəllif: admin1
Tarix: 20-09-2016, 22:09
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqlər Forumu" ilə "Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət evində səadətli "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Qari Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan bayram mərasiminin aparıcısı Elçin Daşdanzadə mərasim iştirakçılarını bu mühüm gün münasibəti ilə təbrik etmiş və Azərbaycan respubilkasından təşrif gətirən Əhli-beyt (ə) mədahı seyid Bəhram öz gözel səsi ilə Əli (ə) şəninə ilahilər sesləndirdi.

Məclisin davamında Türkiyədən dəvət olunmuş, Əhli-beyt (ə) alimləri birliyinin üzvü və ON4-tv kanalının müdürü alim Musa Aydın çıxış edərək Qədir-Xum gününün əzəmətindən və dəyərindən danışdı və buyurdu ki, bu gün nəinki tək insanlar bayram keçirir, bu gün məlakut aləmində də bu bayram qeyd olunur.

Bundan sonra başqa bir məsələyə diqqət çəkən alim demişdir ki, İslam dünyasında üç mühüm gün var ki onlar bunlardır: 1.Məbəs günü. 2. Qədir-Xum günü. 3.Aşura günü. Çünki Məbəs dinin gəldiyi gün, Qədir Xum İmamətlə möhkəmləndiyi gün və Aşura isə İslam dininin qorunduğu gündür.

Məclisin sonunda Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin tərəfindən həmin cəmiyyətdə təhsil alan tələbələrə imtahandan birinci və ikinci yer tutduqları üçün hədiyyələr verildi. Əhli-Beyt (ə) məddahının Əli (ə) şəninə ifa etdiyi ilahilərlə və "Fərəc" duasının oxunması ilə başa çatdı.

Qeyd edək ki, Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti hər il Qədir-Xum bayramını möhtəşəm şəkildə qeyd edir.


Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)
Marneulidə "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib (Video-Foto)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031