İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)
Mьəllif: admin1
Tarix: 1-07-2016, 23:31
İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı.

imam cümə bildirib: Bu Qurani Kərimin ilk surəsidir ki, and içməklə başlayır. Çox mənalı və insanları təfəkkürə vadar edən andlarla. Hansı ki, insanların fikrini həqiqətləri qəbul etmək üçün hazırlayır.

Şübhəsiz ki, Mütəal Allah doğru danışanların ən doğrusudur.

Bəs onda Mütəal Allah nə üçün and içir?

Əgər bu and içmələr möminlər üçündürsə, onlar and olmadan da Allahın əmrinə təslimdirlər.

Əgər müşriklər üçündürsə, onların heç İlahi andlara kökündən etiqad və inamları yoxdur.


Burada təfsir alimləri bu andların iki dənə mühüm məna daşıdığını qeyd edirlər:

1.Həmişə çox mühüm işlərdə and içilir.

2.Eyni zamanda and içilənlərin, and içən yanında hörmətli, şərafətli və müqəddəs olduqlarını çatdırır.

Allahu-Ələm. Ola bilsin başqa mənaları da var. Lakin üç təfsir kitabından (“Təfsire nümunə”, “Əl-mizan”, “Məcməul-bəyan”) əldə etdiklərim bunlardır. - deyə əlavə edib.
İmam cümə sonra Əlavə edib:Bu sözləri yazıb danışmaqda bircə məqsədim var. Allah Taala Ramazanı Qurani Kərim ilə tanıtdırır:

Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır… (“Bəqərə” 185)

Yəni Uca Allah bu ayı Qurani Kərim ilə səciyyələndirir.

Ramazan ayını digər aylardan üstün qılan əsas səbəb Quranın bu ayda nazil olmasıdır.

Gərək Ramazan ayını oruc tutan möminlər də bu aydan götürdükləri ən gözəl və ən səciyyəvi xüsusiyyət “Quran oxumaq”, onunla ünsiyyət qurmaq və orada göstərilən ali dəyərləri yaşayıb həyata keçirmək olsun!-deyə qeyd edib.

İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Məmmədov birinci xütbəsində, “Saffat” surəsinin ilk 3 ayəsinin təfsirindən danışdı (Foto)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031