Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu (Foto)
Mьəllif: admin1
Tarix: 23-06-2016, 22:50
Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu.

Görüşdə Əhli-Beyt (ə) cəmiyyətinin rəhbəri Hacı Rasim Məmmədov gələn qonaqları salamlayıb onlara təşəkkürünü bildirdi. Söhbətinin davamında Hacı ümumi vəziyyətin normal olduğunu və xalq dini zəmində öz üzərində heç bir təzyiqin hiss etmədiyini bildirdi. Lakin müəyyən problemlərin hələdə mövcud olduğunu vurğuladı. Nümunə olaraq onlardan bir neçəsinə işarə etdi:

1.Qədim tikilmiş məscidlərin dövlət tərəfindən mənimsənilməsi. Belə ki, tarix sübut edir ki, 640-cı ildən bu torpaqlarda müsəlmanlar yaşayır və İslami abidələr onlara məxsusdur. Təəssüflər olsun ki, hal hazırda o İslami abidələri dövlət öz balansına götürüb. İstərdik ki, həmin abidələr xalqın mənəvi varisləri olan ruhanilər və inanclı insanlara qaytarılsın.

2.Yeni məscidlərin tikintisində maneələr var. Gürcüstanda məscid adı ilə tikinti etmək icazəsi yoxdur.

3.Məktəblərdə tədris olunan tarix kitablarında islam və onun peyğəmbərinə qarşı təhqirlərin yazılmasıdır. Bu da müsəlmanlar arasında bir mənalı qarşılanmır, biz müsəlmanlar bu məsələnin həlli üçün addımlar atılmasını istərdik.

4.Təhsil mərkəzlərində ənənəvi İslam dininin tədris olunmasını zəruri bilirik. Xalqımız xüsusəndə gənclərimiz islamın tonunda görünən radikal cərəyanları həqiqi islamla seçə bilsin.

Sonda Hacı Rasim gələn qonaqlardan milli azlıqlar haqqında Gürcüstanın Avropa qarşısında götürdüyü öhdədarlıqları xalqın maarifləndirilməsi üçün hansı işlərin görüldüyünü soruşdu? Və təklif etdi ki, bu ünvanda maarifləndirmə işləri aparılsın.

Söhbətin davamında ATƏT-in nümayəndə heyyəti aprel ayında baş verən Qarabağ münaqişələrinə toxundu və həmin müharibənin Gürcüstanda yaşayan Erməni və Azərbaycanlıların münasibətinə necə təsir etdiyini soruşdu.

Hacı Gürcüstan Azərbaycanlıları arasında heç bir millət və dini nümayəndələrə aqresiya yoxdur, amma Azərbaycanın haqlı olan mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik, Qarabağ Azərbaycan torpağıdır deyə vurğuladı.

Buna görə də, bizim xalqımız Qarabağda şəhid olan döyüşcülərə məscid və mədəniyyət mərkəzlərində ehsanlar verib ruhlarını yad etdilər.

ATƏT nümayəndələri Hacı Rasimdən Gürcüstanda yaranan Dini Agentliyədə olan münasibətini soruşdular? Hacı bu agentliyin yaranmasını alqışladı və qeyd etdi ki, ümidvaram ki, qurum dini problemlərin həllində daha da aktiv olacaqdır.


Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu (Foto)
Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu (Foto)
Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində qonaq oldu (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930