İmam-cümə, Hacı Rasim Məmmədov Ramazan ayının fəzilət və dəyərindən danışdı (Foto)
Mьəllif: admin1
Tarix: 17-06-2016, 21:07
İmam-cümə, Hacı Rasim Məmmədov Ramazan ayının fəzilət və dəyərindən danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində, Ramazan ayının fəzilət və dəyərindən danışdı.

Hacı Rasim buyurdu: Mübarək Ramazan ayının əvvəl günlərini yaşayırıq “qad əqbələ iləykum şəhrullah - Allah ayına, İlahi ziyafətə daxil olmuşuq”.

Bütün zamanların, xüsusən də Rəcəb və Şaban aylarının böyük dəyəri var. Lakin Həzrəti Rəsuləllah (s) heç birinin haqqında bu ifadəni (Allah ayı) işlətmədi.

Peyğəmbər (s) Allah ayı gəldi deyə buyurduqda ayın tarixindən danışmırdı, böyük bir hadisənin bizə üz verdiyini anlatmağa çalışırdı.

Ümumiyyətlə bu ayın çox böyük üstünlükləri var.

İnsanların əbədi səadətini təmin edən səmavi kitabların hamısı və Qurani kərim bu ayda nazil olub.

İmam Sadiq (ə) buyurur: Mübarək Ramazan ayının 6-da Tövrat, 12-də İncil, 18-də Zəbur və Qurani-Məcid isə Qədr gecəsində nazil olubdur.

Diqqət etsək görərik ki, başqa ibadətlərdə hansısa əməlləri yerinə yetirmək tapşırılır, məsələn Həccə gedəndə qurban kəsilir, təvaf olunur, namaz qılınır və s. bu əməllərin hamısının xaricdə görüntüsü var. Ancaq orucun xarici görüntüsü yoxdur və oruc tutan şəxs üçün yalnız hansısa işlərdən çəkinməsi əmr olunub. Hətta, bir çox halal işlərdən belə.

Yəni, əgər Mütəal Allah Ramazan ayında çox halalları belə haram və qadağan edirsə gör təqvalı və həyalı insanlar günahdan necə qaçarlar.

İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsində, Məsumların hədisləri ilə yola çıxaraq qeyd etdi ki, oruc tutmaq yalnız ac və susuz qalmaq deyil. Oruc tutan şəxs gərək qulaqlarını, dillərini, gözlərini və s... bütün bədən əzalarını haram işlərdən saxlasın.


İmam-cümə, Hacı Rasim Məmmədov Ramazan ayının fəzilət və dəyərindən danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Məmmədov Ramazan ayının fəzilət və dəyərindən danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Məmmədov Ramazan ayının fəzilət və dəyərindən danışdı (Foto)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031