Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Mьəllif: admin1
Tarix: 13-05-2016, 18:38
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
İmam-cümə birinci xütbəsində, “Sədəqə” haqqında danışdı.
Bildiyimiz kimi mübarək Şəban ayının ilk günlərini yaşayırıq. Digər aylar kimi... (Rəcəb, Ramazan ...) Bu ayın özünə məxsus əməlləri var. O cümlədən oruc tutmaq, məxsus dualar oxumaq, tövbə-istiğfar və salavat demək və s... həmçinin sədəqə vermək. Sədəqə vermək həmişə bəyənilmiş əməllərdəndir, lakin bu ayda daha çox savabdır.
Buna görə də biz də cümənin ilk xütbəsini “Sədəqə” haqqında danışmağı münasib gördük.
Allah yolunda xeyir əməl yerinə yetirməyin şərtləri vardır, o cümlədən sədəqənində özünə məxsus şərtləri var. .
Bütün əməllərdə olduğu kimi, sədəqə verməkdə də ən başlıca şərt “Allah razılıqını qazanmaqdır.”
Mutəal Allah Qurani Kərimin bir neçə ayəsində sədəqə haqqında danışıb.
Lakin demək olar ki, onların ən mükəmməli və ən aydını “Bəqərə” surəsinin 261-dən 274-cü ayəsinə qədər olan ayələrdir.
Yəni malarınızı Allah yolunda ixlas ilə sədəqə verin. Özünüzü göstərmək üçün deyil. Əgər belə etsəniz (riya) əməllərinizi batil edər. Çünki riyakarlar Allaha və axirət gününə imanı olmayan kafir insanların sifətlərindəndir.
Yəni infaq etdikdən sonra, kiməsə minnət qoyaraq özünü göstərmək məqsədi ilə, danışıb həmin işi ilə lovğalanmaq, gördüyü işə od vurmaqdır.
Mə`sumlar buyurur ki, görülmüş xeyir bir işin ixlasını qorumaq, həmin işin özünü yerinə yetirməkdən daha çətindir. Həzrəti Əli (ə) buyurur: “İlahi! İxlas ilə işə başlayıb, riya ilə qurtaran işdən sənə sığınıram’’ .
Rəsuli Əkrəm (s) sədəqə verməyin ədəb-ərkanı haqqında buyurur: “Möhtac bir şəxs sizdən bir şey istədiyi zaman, o bütün sözünü danışıb qurtarmamış, onun sözünü kəsməyin, ona vüqarla və mülayim cavab verin. Ya imkanınız olduğu qədər ona kömək edin, ya da onu layiqincə qaytarın. Çünki, ola bilsin həmin şəxs nə insandır nə də cin (mələklərdən ola bilər). Bəlkədə sizi yoxlamaq istəyirlər ki, görək Allahın sənə verdiyi nemətlərin qarşılığında necə rəftar edəcəksən.”


İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsində Həzrəti Əli (ə) buyurduqu hədis ətrafında danışdı.

İmam Əli (ə) buyrur:"Beş şey var ki, əqli aradan aparıb insanı məst edər:
1-Mal dövlət.
2-Hakimiyyət və qüdrət.
3-Elm.
4-Şöhrət və təriflənmək (stayiş olunmaq).
5-Cavanlıq.
Hər kim bu beş şeyi düzgün istifadə etməzsə, əqli bu şeylərin təsiri altına düşüb məst olar."

Cümə namazından sonra Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (UGMADİ) təşkilatçılığı ilə çay və şirniyyat süfrəsi açıldı.


Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)
Şaban ayının ilk cüməsi, İmam-Cümə Hacı Rasim Məmmədovun İmaməti ilə cümə namazı qılındı (Foto-Video)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031