İmam Musa Kazımın(ə) şəhadəti münasibətilə başsağlığı
Mьəllif: admin1
Tarix: 6-02-2024, 10:30
İmam Musa Kazımın(ə) şəhadəti münasibətilə başsağlığı
İmam Musa Kazımın (ə) şəhadəti münasibətilə "Əhli-Beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" əziz müsəlmanlara və oxucularımıza başsağlığı verir.


İMAM KAZİMİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ.

Yeddinci imam olan Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir.

Altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb.

İmam Musa Kazım (ə) Əhli-beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı.

O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.

Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-beyt (ə) tərəfdarları təqiblərini bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar.

Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər.

Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur.

Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930