Marneuli İmam Əli (ə) məscidində növbəti cümə namazı qılındı
Mьəllif: admin1
Tarix: 30-04-2016, 11:35
Marneuli İmam Əli (ə) məscidində növbəti cümə namazı qılındı
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində İmam-Cümə Hacı Əziz Nəbiyevin imamlığı ilə cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-Cümə Hacı Əziz Nəbiyevin imamlığı ilə qılınan cümə namazının birinci xütbəsində, təqvanın əhəmiyyətindən danışdı.

Hacı Əziz Nəbiyev Qurandan təqva haqqında olan ayələrin əsas nöqtələrini möminlərin nəzərinə çatdırdı və Nəhcul-Bəlağədə İmam Əli (ə) vəsf etdiyi təqvalı insanların xüsusiyyətindən danışdı.

Xütbənin ikinci hissəsində İmam cümə,Rəcəb ayını fəzilətindən və bu ayın gündəlik oxunan duasının mənasını açıqladı.

Cümə namazından sonra Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (UGMADİ) təşkilatçılığı ilə çay və şirniyyat süfrəsi açıldı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930