İMAM-CÜMƏ AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRINDƏN DANIŞDI (FOTO)
Mьəllif: admin1
Tarix: 22-04-2016, 18:56
İMAM-CÜMƏ AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRINDƏN DANIŞDI (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
İmam-cümə birinci xütbəsində, Axirəz-zamanın əlamətlərindən danışdı.
İmam-Cümə buyurdu: Əbdullah ibni Abbas nəql edir ki, Peyğəmbər (s) vida həccində idi. O həzrət (s) kəbə evinin qapısında olan həlqədən tutaraq buyurdu: Sizə qiyamətin nişanə və əlamətlərindən xəbər verimmi?


Camaat dedi: Bəli, ya Rəsullah, biz sənə qulaq asırıq.
İbni Abbas deyir Peyğəmbərə (s) ən yaxın Salman dayanmışdı. Peyğəmbər də (s) üzünü Salmana tutub danışırdı qiyamətdən qabaq axirəz-zamanda bu hadisələr baş verəcək.

1.Axirəz-zamanda elə insanlar gələcək ki, onlar namazı zay və bərbad edəcəklər.

2. Dinlərini dünyalarına satacaqlar.

3. Elə bir zaman gələcək ki, insanlar pisliyi görəcəklər lakin inkar edə bilməyəcəklər.

4. Pis yaxşı kimi tanınacaq, yaxşı da pis kimi.

5. Düz danışana yalançı, yalançıya doğru danışan deyəcəklər.
6. Vaxt gələcək insanlar öz ata-anasına cəfa verəcək.

7.Bir zaman gələcək ki, fəqir-kasib insanlar təhqir olunacaq.

8. Elə bir zaman gələcək ki, bazarlar (dükanlar) bir-birinə çox yaxın olacaq.

9. Zaman gələcək, insanlar bir-birini əfv etməyəcək.



İmam-cümə Hacı Rasim Məmmədov ikinci xütbəsində, Ölümdən sonra insana olunan 20 xitabdan danışdı.

İnsanın ruhu canından çıxanda olunan xitablar bunlardır

1-ci xitab:Adəm evladı! Hansı oldu? Sən dünyanı qoyub getdin yoxsa dünya səni atdı. Dünyanın vəfasızlığını gördün?

2-ci xitab: Adəm evladı! Sən dünyanı topladın bir yerə, yoxsa dünya səni yığdı bir yerə?

3-cü xitab: Adəm evladı! Sən dünyanın qatili oldun, yoxsa dünya sənin qatilin oldu?

Qüsul verilən zamanda olan 3 xitab..

1-ci xitab: Adəm evladı! Hanı o güclü bədənin? Niyə belə zəifləyibsən?

2-ci xitab: Adəm evladı! Niyə danışmırsan? Niyə sakit dayanıbsan?

3-cü xitab: Adəm evladı! Hanı sənin o dostların ki, deyirdin onlar üçün ölümə gedərəm?

Kəfənə bükəndə olan 3- xitab.

1-ci xitab: Adəm evladı! Elə bir səfərə gedirsən orada azuqə yoxdur.
2-ci xitab: Adəm evladı! Evindən çıxırsan daha bir də buraya qayıtmayacaqsan. Yəni dünyadan qopdun.

3-cü xitab: Adəm evladı! Elə bir yerə gedirsən ki, ora çox qorxulu bir yerdir.

Cənazəni dəfn üçün aparanda olan 3 xitab

1-ci xitab: Ey insan, xoş olsun sənin halına əgər xeyirli əməllərin olubsan!

2-ci xitab: Tuba Sənə,əgər Allahın razılığını qazana bilibsənsə!

3-cü xitab: Vay olsun sənin halına, əgər Allahın qəzəbi ilə gedirsənsə!

Namaz qılınarkən olan 3 xitab

1-ci xitab: Adəm evladı! Bu günə kimi nə etmişdinsə görəcəksən, onları qəbirə daxil olan kimi onları sənə göstərəcəklər.

2-ci xitab: İn kanə əməlukə xəyrən tərahu xəyrən.

3-cü xitab: İn kanə əməlukə şərrən tərahu şərra.

Qəbirə qoyulan zaman olunan 3 xitab

1-ci xitab: Adəm evladı! Üstümdə gülə-gülə gəzirdin (günah edib sonra peşiman olmaq əvəzinə, gülə-gülə onunla fəxr edirdin), amma indi mənim bətnimdə ağlayırsan.

2-ci xitab: Adəm evladı! Sən ki, mənim üzərimdə şad gəzirdin, amma indi hüzünlü gəlmisən (yersiz şad olamqdan söhbət gedir)

3-cü xitab: Adəm evladı! Mənim üzərimdə gəzərkən danışırdın, indi sakit dayanmısan?

Qəbirə qoyub qayıtdıqdan sonra Allah özü 2 dənə çox şirin və xüsusi nida edir:

1-ci. Ey mənim bəndəm, tək qaldın? Hamı səni qoyub getdi? Amma sən o şəxssən ki, onlara görə mənə qarşı çıxırdın, günah edirdin, o sənə pis baxmasın deyə günah edən şəxssən. Amma o səni tək qoyub gətdi...

2-ci.Mən sənə çox rəhm edəcəm. Ananın balasına göstərdiyi şəfqət və mərhəmətdən də mən sənə daha mərhəmətli olacam...

İlahi, Sən bizi həmin an başını aşağı dikib xəcalət çəkənlərdən qərar vermə!AMİN


İMAM-CÜMƏ AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRINDƏN DANIŞDI (FOTO)
İMAM-CÜMƏ AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRINDƏN DANIŞDI (FOTO)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930