BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
Mьəllif: admin1
Tarix: 21-04-2016, 23:04
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
Bu gün Bolnisi rayonu Faxralı kəndində Hz. İmam Əlinin (ə) doğum günü ilə bağlı bayram tədbiri təşkil olundu. Tədbirdə din xadimləri, Faxralı kənd sakinləri və rayonun digər kəndlərnidən dəvət olunan müsəlmanlar iştirak etdi.
Tədbirin aparıcısı Faxralı kəndinin axundu Məşədi Sabin Cəfərov məclisi Qurani-Kərimin tilavəti ilə başlaması üçün ilk öncə Kərbəlayi Rza Qasımovu dəvət etdi. Sonra Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov, bölgə imamı Hacı Adil Nəbiyev, kəndin imamı Hacı Sahib və digər şəxslər iştirakçıları təbrik edib Allahın vəlisi, Peyğəmbərin (ə) vəsisi Hz. Əli (ə) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb təbrik etdikdən sonra Hz. İmam Əlinin (ə) məqamından və İslamın inkişafına verdiyi töhfələrdən, himayə etməsindən danışdı. O, Həzrətin müsəlmanlara etdiyi sifariş və tövsüyələrindən söz açdı. O qeyd etdi ki, “Gürcüstanda yaşayan müsəlmanlar miladi təqvimi ilə də Hz. İslam Peyğəmbərinin (s) mövlud gününü qeyd edərək xatırlayır, xatirəsini yaşadırlar. Ona olan sevgilərini elan edib, vəfalılıqlarını nümayiş etdirirlər”.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir dua oxunmaqla sona çatdı. Sonda məclis iştirakçılarına jurnallar hədiyyə olundu.
Qeyd edək ki, bu gün Dmanisi rayonunda da Hz. Əlinin (ə) xatirəsi mərasimlə yad edilibdi. Sabah isə ənənə üzrə ölkənin bir çox bölgələrində keçirilməsi nəzərdə tutulub.
Allah belə tədbirlərin təşkilində zəhməti keçən hər kəsdən qəbul etsin. Amin!

BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
BOLNİSİNİN FAXRALI KƏNDİNDƏ HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ QEYD OLUNDU (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930