Gürcüstanda azərbaycanlı gəncin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Mьəllif: admin1
Tarix: 16-04-2016, 19:30
Gürcüstanda azərbaycanlı  gəncin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Keçən il dekabrın 27-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndi sakini, 23 yaşlı Fikrət Əhmədovun qətlində təqsirli bilinən şəxs saxlanılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Poniçala kənd sakini, 30 yaşlı Ramin İsayevdir.

R. İsayev F. Əhmədova bıçaqla xəsarət yetirdikdən sonra qaçıb. İki gün sonra isə F. Əhmədov xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən R. İsayev haqqında axtarış elan edildikdən sonra o, Dəryal dərəsindəki sərhəd-keçid məntəqəsində saxlanılıb.

Qeyd edək ki, cinayəti törədən R. İsayev qətlə yetirlən F. Əhmədovnan kənd məscidində birgə namaz qılıblar. Sonralar R. İsayev vəhhabilərə qoşulub və F. Əhmədovu “İmedi” televiziya kanalına kəntdə vəhhabilərin artmasını tənqid etdiyi üçün bıçaqlayıb.

Xatırladaq ki, 23 yaşlı gəncin qətli ilə bağlı Soğanlıq (Poniçala) kəndində aksiya keçirilib. Kənd sakinləri radikal vəhhabiliyin yayılmasına etiraz ediblər. Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar səsləndiriblər.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031