Əhli sünnədən Kərbəla və Nəcəf türbələrinə gedənlərin sayı artıb
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:51
Əhli sünnədən Kərbəla və Nəcəf türbələrinə gedənlərin sayı artıb


Əhli sünnə məzhəbində olanlardan İmam Əlinin (ə) Nəcəf şəhərindəki, İmam Hüseynin(ə) Kərbəladakı ziyarətgahlarına gedənlərin sayı artıb

İslamazeri-nin İran mediasına istinadən verdiyi xəbərə görə, bu haqda İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin ofisinin Əhli sünnə işləri üzrə şöbəsinin müdiri məlumat verib.

Höccətülislam vəl muslimin Əli Əkbər Əttaran Tusisin bildirdiyinə görə, dünyanın müxtəlif ölklərinin sünnilərinin İmam Əlinin (ə) Nəcəf şəhərindəki, İmam Hüseynin(ə) Kərbəladakı ziyarətgahlarına gedənlərin sayı günü gündən artır.

Onun sözlərinə görə, Əhli sünnənin müxtəlif məzhəblərindən (hənəfi, maliki, şafi, maliki) olan müsəlmanların bu ziyarətgahlara zəvvar olmalarına maraq artıb.

Qeyd edək ki, Əhli sünnəyə görə, ziyarətgahların ziyarət edilməsinə icazə verilsədə, 18-ci əsrdə yaranan və Əhli sünnə olduqlarını iddia edən vəhhabilik türbələrin və ümumiyyətlə qəbirlərin ziyarət edilməsini qadağan edir.

Əhli sünnədən Kərbəla və Nəcəf türbələrinə gedənlərin sayı artıb


islamazeri.az
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930