Ali Dini Rəhbər: “İqtisadi Müqaviməti həyata keçirmək saleh əməldir”
Müəllif: Admin
Tarix: 16-04-2014, 17:40
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İran İslam Respublikasının bir qrup iqtisadçıları və siyasi məmurları İslam İnqilabının Rəhbəri ilə görüş keçiriblər.
Görüş zamanı İmam Xamenei həzrətləri bildirib: “İqtisadi Müqavimət siyasəti ölkə iqtisadiyyatı üçün dinamik və uzun müddətli bir tədbirdir və İslam Respublikasının iqtisadiyyat sahəsində məqsədlərini gerçəkləşdirir”.

Ümümdünya Müsəlmanlarının Ali Lideri sözlərinin davamında qeyd edib ki, bu il siyasi qəhrəmanlıq yaranıb, lakin təəssüf olsun ki, iqtisadi qəhrəmanlıq gecikib. Müqavimət siyasətinin xəbərdarlığı gərək yeni ildə iqtisadi qəhrəmanlığın başlanğıcı olsun. İqtisadi Müqaviməti həyata keçirmək saleh əməldir, bu yolda addım atan hər kəs əlbəttə ki, doğru iş görüb.
Ayətullah Uzma Xamenei cənabları İqtisadi Müqavimətdə xalqın mərkəzdə olmasına da diqqət yetirərək xatırladıb ki, İqtisadi Müqavimətdə məmurlar gərək istifadə qaydası və bədxərclik məsələsinə diqqət yetirsinlər. İqtisadi Müqavimət qənaət deyil, əksinə əgər bu siyasətlər həyata keçirilərsə, rifaha gətirib çıxaracaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Oxşar xəbərlər
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031