HƏZRƏTİ FATİMƏ (S) AİLƏMDƏKİ QADINLARIN ƏN ÜSTÜNÜDÜR
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:03
HƏZRƏTİ FATİMƏ (S) AİLƏMDƏKİ QADINLARIN ƏN ÜSTÜNÜDÜR


Hafiz Əbu Bəkr Bəyhəqqi öz yazdığı tarix kitabında, Hafiz bin Əbdülbirr «İstiab»da, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»da və sairə alimlər Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Faitmə ümmətimin qadınlarının ən üstünüdür».

Əhməd bin Hənbəl «Müsnəd»də və Hafiz Əbu Bəkr Şirazi də «Nüzulul-Qur᾽an fi Əli» adlı kitabında, Məhəmməd Hənəfiyədən, o da Əmirəl-mö᾽minin həzrət Əlidən (ə), İbni Əbdülbirr «İstiab»da, həzrət Fatimə (ə)-ı və Ümmül-mö᾽minin həzrət Xəticə Əbdülvaris bin Süfyan və Əbu Hüreyrədən nəqlən; yenə Ümmül-mö᾽minin həzrət Xəticə (ə) Əbu Davuddan o da Əbu Hüreyrə və Ənəs bin Malikdən nəqlən, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci. babında, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 13-cü Məvəddəsində Ənəs bin Malikdən və digər bir çox e᾽tibarlı alimləriniz Ənəs bin Malikdən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Aləmlərdəki qadınların ən üstünü dörd nəfərdir: İmran qızı Məryəm, Məzahim qızı Asiya, Hüveylid qızı Xəticə və Məhəmməd qızı Fatimə».
Xətib «Tarixi-Bağdad» kitabında belə yazır: «Rəsulallah (s) bu dörd qadını aləmlərin ən yaxşı qadınları olaraq saydıqdan sonra Fatiməni həm dünyada, həm də axirətdə digər üçünə üstün etmişdir».
Məhəmməd bin İsmail Buxari «Səhih»də və imam Əhməd bin Hənbəl «Müsnəd»də Əbu Bəkrin qızı Aişədən Rəsulallahın (s) Fatiməyə (ə) belə buyurduğunu nəql edirlər:
«Ey Fatimə! Sənə müjdələr olsun, Allah səni aləmdəki qadınların üzərinə ümumi olaraq və müsəlman qadınları üzərinə də məxsus olaraq seçdi və səni pak etdi. İslam ən üstün dindir».
Buxari Səhihinin ΙV cildinin 64-cü səhifəsində, Müslim Səhihinin ΙΙ cildinin «Fəzailu Fatimə» babında, Həmidi «əl-Cəmu Beynəs-Səhiheyn»də, Abdi «əl-Cəmu Bəynə Sihahi-Sittə»də, İbni Əbdülbirr «İstiab»da həzrət Fatimə (ə)-ın hayatı haqqında qeyd edərkən, imam Əhməd «Müsnəd»in VΙ cildinin 282-ci səhifəsində, Məhəmməd bin Səədi Katib «Təbakat»ın ΙΙ cildində Rəsulallahın (s) Xəstə olduğu vaxt yataqdaiykən buyurduğu sözlərin içində və 8-ci cilddə həzrət Fatimə (ə)-ın həyatı haqqında uzun bir hədisi (məclisin vaxtı az olduğu üçün hamısını demirəm) Aişədən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Ey Fatimə! aləmdəki qadınların ağası olmağa razı deyilsənmi?» İbni Hacər Əsqəlani bu ibarəni (yə᾽ni sən aləmlərdəki qadınların ən üstünüsən) həzrət Fatimə (s)-ın hayatı haqqında nəql etmişdir. Yenə Buxari və Müslim Səhihlərində, imam Sələbi Təfsirində də, imam Əhməd bin Hənbəl «Müsnəd»də, Tabərani «Mucəmul-Kəbir»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin 32-ci babında Təfsiri İbni Əbi Xatəmdən, Hafiz Əbu Nəimi İsfahaninin Mənaqib, Vasit, və Hilyətul-övliya»sından və Fəraid Himvini»dən, İbni Hacər Məkki «Səvaiq»in 14-cü ayənini açıqlarkən Əhməddən, Məhəmməd bin TəlHə əş-Şafei «Mətalibi Süul»un 8-ci səhifəsində, Təbəri «Təfsiri Təbəri» adlı kitabında, Vahidi «Əsbabun-Nüzul»da, İbni Məğazili əş-Şafei «Mənaqib»də, Muhibbuddin Təbəri «Riyaz»da, Mö᾽min Şəblənci «Nurul-Əbsar»da, Zəməxşəri Təfsirində, Siyuti «Dürrül-Mənsur»da, İbni Əsakir öz Tarixində, Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Fazil Nişapuri Təfsirində, Qazı Beyzəvi Təfsirində, imam Fəxri Razi «Təfsiri Kəbir»də, Seyid Əbu Bəkr ŞəHabuddin Ələvi «Rəşfətüs-Sadi min BəHri Fəzaili Bənin-Nəbiyyil-Hadi»də Təfsiri Bəğəvi»dən, Sələbidən, Sirei Molla»dan, Mənaqibi Əhməd»dən, Tabəraninin «Kəbir» və «Əvsət»indən, Şeyx Əbdullah bin Məhəmməd bin Əmir əş-Şəbravi əş-Şafei «Kitabul-ithaf»ın 5-ci səhifəsində Hakim, Tabərani və Əhməddən; Cəlaləddin Siyuti «İhyaul-meyyit»də İbni Munzir, İbni Əbi Xatəm və İbni Mərduyə»nin təfsirlərindən və Təbəraninin «Mucəmul-Kəbir» adlı kitabından, İbni Xatəm və Hakimdən, qısaca desək böyük alimlərinizin ümumi (Əməvi tərəftarları və Əhli-beyt düşməni olan çox az bir qrupdan başqa) İbni Abbas və digərlərindən belə nəql edirlər:
«Şura» surəsinin 23-cü ayəsi ‒ «De: «Bunun əvəzində sizdən yaxınlarıma olan məhəbbətdən başqa heç bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, biz də onun savabını artırarıq» ‒ nazil olduğunda səhabələr belə dedilər: «Ya Rəsulallah! Allah, sevməyi bizə vacib etdiyi yaxınların kimlərdir?» Rəsulallah (s) cavabında: «Əli, Fatimə, Həsən və Hüseyndir». buyurdu. Bə`zi hədislərdə də Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Əli, Fatimə və onların iki oğludur».
Bu kimi hədislər sizin mö`təbər kitablarınızda çoxdur. Amma vaxtın azlığı, onların hamısını nəql etməyə imkan vermir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930