İmam Hüseynin (ə) zərihi dəyişdirilib
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:57
İmam Hüseynin (ə) zərihi dəyişdirilib


Bu gün səhər saatlarında Kərbəlada yerləşən İmam Hüseynin (ə) zərihi dəyişdirilib

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, yeni zərih çiçəklərlə bəzədilib. Zərihin çiçəklərlə bəzədilməsi isə təqdimat mərasimi ilə bağlıdır.

Yeni zərih iranlı miniatür Fərşçiyanın rəhbərlik etdiyi qrup tərəfindən hazırlanıb. Yeni zərihin açılışının günorta namazından sonra olacağı bildirilib.

Xüsusi incəliklə hazırlanmış zərihin üstündə Quran ayələri, əziz İslam peyğəmbərinin və imamların adları qeyd edilib.

Ümumilikdə zərihə 5 ton ağac, 5 ton gümüş və 120 kiloqram qızıl istifadə olunub.

Zərihin açılışından sonra şəkillərini əziz izləyicilərimizə təqdim edəcəyik.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031